Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi ilə bağlı təfərrüatlar bəlli olub.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" 1/16 final mərhələsinin püşkatmasında səpələnmişlər səbətində yer alacaq. Ağdam təmsilçisi ilə yanaşı Avroliqada qrup ikinciləri olan digər 7 komanda - "Olimpik" (Fransa), "Renn" (Fransa), "Roma" (İtallya) "Sparta Praqa" (Çexiya), "Sportinq" (Portuqaliya), "Tuluza" (Fransa) və "Frayburq" (Almaniya) da səpələnmişlər səbətinə düşüb.
1/16 finalda bu komandaların rəqibləri Çempionlar Liqasında qrup 3-cüsu olan 8 komanda olacaq: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord" (Niderland), “Yanq Boyz" (İsveçrə), "Milan" (İtaliya), "Şaxtyor" (Ukrayna).
Onlar səpələnməmişlər səbətində yer alıblar.
Pley-off mərhələsində eyni ölkəni təmsil edən komandalar bir-birinə rəqib ola bilməyəcəklər. "Qarabağ" da daxil olmaqla səpələnmişlər səbətindəki 8 komandanın hamısı ilk oyunu səfərdə, cavab matçını evdə keçirəcəklər.
İlk matçlar 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.
1/16 finalın püşkatma mərasimi dekabrın 18-də UEFA-nın Nyon (İsveçrə) şəhərindəki qərargahında keçiriləcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi