“Elmar müəllim özünü narahat hiss etdiyi üçün mətbuat konfransına mən qatıldım. Oyuna gəldikdə, həftə boyu futbolçuları nə qədər motivasiya etməyə çalışsaq da, göründü ki, komanda meydana ruhsuz çıxmışdı. Bu səbəbdən də oyunumuz alınmadı və məğlub olduq”.
QOL.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov Misli Premyer Liqasının 17-ci turunda “Səbail”ə 0:3 hesabı ilə uduzuqları oyundan sonra təşkil edilən mətbuat konfransına deyib.
O bildirib ki, futbolçular hər hansı bir problemləri olmadıqlarını söyləyirlər: “İstəyirik ki, komanda ilə daha sıx ünsiyyətdə olaq. Öyrənək ki, problemləri nədir. Oturub danışırıq, futbolçular deyir heç bir problem yoxdur. Biz də çalışırıq ki, qələbə qazanaq. Amma görünən odur ki, alınmır”.
X.Məmmədov növbəti turda “Sabah”la keçiriləcək matça da toxunub: “Qış fasiləsinə qədər cəmi 1 tur qalıb. “Sabah”la oyuna da çox ciddi hazırlaşacağıq. Əslində, bugünkü matça da yaxşı hazırlaşmışdıq. Amma meydanda istədiklərimizi görə bilmədik”.
“Qəbələ”nin məşqçisi Samuel Tettehin aldığı qırmızı vərəqəyə belə münasibət bildirib: “Komandanın turnir cədvəlində mövqeyi çox pisdir. Bu da futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir edir. Sanki küsgün kimidirlər. Hər xırda şeyə reaksiya verirlər, istər hakim olsun, istər rəqib futbolçu. Nəticədə də belə qırmızı vərəqə alırıq. Təbii ki, qırmızı vərəqələrə görə futbolçuları cəzalandırırıq. Yenə də cəzalandıracağıq. Çalışacağıq komandanı bu vəziyyətdən çıxardaq”.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi