"Qarabağ"ın futbolçusu Leandro Andrade Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub etdikləri matçdan (2:1) sonra təəsüratlarını bölüşüb.
QOL.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi əvvəlcə 44-cü saniyədə vurduğu qoldan danışıb: “Faktiki olaraq, tez vurulan qol oyunun dəyişməsinə gətirib çıxarır. Amma bəzən bu, komanda üçün təhlükəli olur. Çünki hesabı tez açanda rahatlıq yarana, rəqib asan görünə bilər. Amma, şükür ki, bütün oyun boyu yaxşı göstəricini qoruyub saxlaya bildik”.
Həmçinin oxuyun: Azərbaycan UEFA reytinqində irəlilədi - “Qarabağ”ın qələbəsinə görə
O qeyd edib ki, birinci hissədə vurulan qollar çox şeyi həll edib: “1:0 və ya 2:0 qalib gələrək birinci hissəni bitirmək tamamilə fərqlidir. Birinci hissənin sonunda qol vurmaq böyük üstünlükdür,. Artıq paltardəyişmə otağına gedib, taktikaları müzakirə edəndə nə etməli olduğunu bilirsən. Bu isə vacibdir”.
24 yaşlı oyunçu tarix yazdıqlarını hələlik tam dərk etmədiyini bildirib: “Bunu edə biləcəyinə inanmalısan. Bizim tarix yazmağımız isə mənim üçün hələ də ağılasığmazdır. Bunun bir hissəsi olmağıma görə qürur duyuram. Bütün həyatım boyu bunu yada salacağam”.
Andrade pley-offda qarşılaşmaq istədiyi komandaları da qeyd edib: “Mən həmin anı maksimum yaşamağa çalışıram, çünki bizim üçün yeni bir hissdir. Növbəti mərhələdə bütün rəqiblər bizim üçün çətin olacaq. Çünki hamısı böyük klublardır. Ancaq istərdim ki, Portuqaliya komandalardan biri olsun. Çünki mən orada böyüyüb başa çatmışam”.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi