Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Ramin müəllim, artıq çempionatın təsnifat mərhələsi başa çatıb. Premyer Liqanın səviyyəsi sizi qane edir?
- Builki çempionat gözlədiyimizdən daha maraqlı alındı. Əsasən də ilk “altılığa”a düşən komandaların ifasında çox sürətli oyun gördük. Keçən ilkindən fərqli, bu dəfə daha gərgin və baxımlı oyunlar oldu. Düşünürəm ki, səviyyə qənaətbəxşdir.
- Bundan sonra ikinci “altılıq”da keçiriləcək oyunlardan nə gözləyirsiniz?
- Hər halda çox maraqlı olacaq. Çünki “Turan” «Simurq», MOİK yüksək liqada yerlərini qoruyub saxlamaq istəyir. Buna görə düşünürəm ki, güclü mübarizə və gərginliyi ikinci "altılıq"da da görə biləcəyik.
- Son vaxtlar legioner limitinin azaldılması barədə müəyyən söhbətlər dolaşır.
- Qətiyyən belə bir hal olmayacaq. Belə bir qərar verməyimiz yersiz olardı.
- Düşünürsünüz ki, bizdəki legionerləri lazımi səviyyədə çıxış edir?
- Güclü legioner də var, zəifi də. Ancaq hesab edirəm ki, bizi UEFA turnirlərində təmsil etmək şansı olan ilk “altılıq”dakı klubların legionerlərinin səviyyəsi qənaətbəxşdir. Götürək “Neftçi” və “Xəzər-Lənkəran”ı. Düzdür, indi yenə deyəcəklər ki, Ramin Musayev “Neftçi”nin tərəfini tutur. Xeyr, səmimi deyirəm ki, bu il “Neftçi”dəki Flavinyonu daha çox bəyəndim, həmçinin də digərlərini. Və yaxud “Xəzər-Lənkəran”da birinci dövrədən sonra alınmış legionerlər çox səviyyəlidir. Düşünürəm ki, məhz belə transferlər bizim futbolumuza xeyir verəcək. “Qarabağ”ın yeni qapıçısı Boyan Pavloviç də çox yaxşı futbolçudur. Son pillələrdə qərarlaşan “Turan”ın özündə də yaxşı legionerlər var.
- Növbəti mövsümdə də Premyer Liqa indiki sistemdə keçiriləcək?
- Bəli, bu sistem yenə tətbiq olunacaq.
- Qardaş Türkiyədə legioner limiti bizdən aşağıdı. Onlar əcnəbilərlə yerliləri bərabər sayda oynatmağa üstünlük verirlər. Həm də bu legionerlər yerli oyunçulardan üstün oyun göstərirlər. Bəs, biz də niyə əksinədi?
- Ona heç kim zəmanət verə bilməz ki, əcnəbilər yerlilərdən üstün olacaqlar. Həm də Türkiyənin 80 milyonluq əhalisinə 16 komanda, bizdə isə 9 milyonluq əhaliyə 12 komanda düşür. Bunu da nəzərə alın. Düzdür, legioneri limitinə tətbiq olunan hədd az olsa, bu, yerli oyunçuların daha çox yetişməsinə səbəb olar. Ancaq bu zaman bəzi yerli oyunçular bundan süni istifadə edir. Baxın, 3 il əvvələ, onda limiti ləğv etdik. Nəticəsi nə oldu? Heç nə.Ona görə yerli oyunçular məndən inciməsin, onların bir çoxunun səviyyəsi aşağıdı. Həm də Premyer Liqada oynaya biləcək yerli oyunçuların sayı kifayət qədər deyil. Ancaq mən görürəm ki, istər “Neftçi”, istər “Xəzər Lənkəran”, istərsə “Turan”da istedadlı oyunçular yetişir. Onlar zamanı gələndə əsas komandaların oyunçusu olacaq.
- “Altılıq” oyunlarına əcnəbi hakimlərin dəvəti gözlənilir?
- Bilirsiz, biz yerli hakimlərə Antalyada yaxşı təlim-məşq toplanışı keçirmişik. Bu səbəbdən onları qoyub xaricdən hakim gətirmək istəmirik. Çünki onlar kifayət qədər təcrübə yığıb. Ancaq bununla belə, onlar matçları maksimum dərəcədə dəqiq idarə etməlidilər.
- Birinci dəstə təmsilçisi, fəaliyyətini dayandıran "Ədliyyə"nin taleyi necə olacaq?
- Mən bu günlərdə Penitensiar Xidmətin yeni rəisi Mədət Quliyevlə görüşdüm. O, özü də futbolu sevir. Ancaq problem bu şəxslə bağlı deyil. Məsələ belədir ki, biz klubun əvvəlki rəhbərin tapa bilmirik. O, klubdan istefa verməyib deyə, hər şey havada qalıb. Sadəcə olaraq, o adam klubu atıb gedib.
- "Şuşa" klubunun dağılacağı haqda söhbətlər yayılıb.
- Xeyr, "Şuşa"da heç bir problem yoxdu. Komanda sabit şəkildə çıxışını davam etdirəcək.
- “Altılıq”dakı sıralamanı qanunauyğun sayırsınız? Çünki "Qəbələ" əvvəlcə ilk "altılıq"da yerini təmin etsə də, sonra bunu itirdi. Son turda “Bakı” - “Azal” oyunun danışılmış olması haqda bəzi söhbətlər yarandı.
- "Qəbələ" ilk «altılığa» düşə bilməyibsə, bunun səbəbini özündə axtarmalıdır. Dalbadal neçə tur xal itirdi. Axırıncı tura qədər yerini təmin etsəydi, belə olmazdı. Həm də Toni Adamsın planında ilk “altılıq” yox idi. Onlar nüvbəti ildə iddiasını ortaya qoyacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi