AFFA-nın Hakimlər Komitəsinin sədr Xaqani Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer liqanın geridə qalan təsnifat mərhələsindəki hakimliyin səviyyəsini necə qiymətləndiirsiniz?
- Bildiyiniz kimi, qış fasiləsində Türkiyənin Antalya şəhərində hakimlərin də təlim-məşq toplanışı oldu. İlk dövrədə buraxdığımız səhvləri təhlil etdik, göstərişlərimizi verdik. Düşünürəm ki, kifayət qədər inkişaf var. Çünki qış fasiləsindən sonrkı 3 turda hakimlər heç biri ciddi səhvlə yadda qalmayıb. Əksinə hakimliyin səviyyəsi klubların səviyyəsindən üstün idi. Xüsusən referilərin fiziki durumu çox yaxşıdı. Onlar heç bir halda epizodlardan uzaqda olmayıb.
- Qarşıda «altılığ»ın oyunları gəlir. Bəzi fikirlər səslənir ki, final mərhələsinin bir sıra oyunlarına əcnəbi hakimlər təyinat alacaq.
- Hesab edirəm buna ehtiyac yoxdu. Çünki yerli hakimlər kifayət qədər təcrübəlidi. Düzdü, bu məsələ vaxtaşırı gündəmə çıxır. Amma bir məsələ də var ki, əcnəbi referilər gəldi, oyun idarə etdi və getdi. Bəs, onlar səhv edəndə buna kim cavab verəcək? Biz öz hakimlərimizi mühakimə edə bilirik. Ancaq onları sorğu-sual etmək olmur. Bir də ki, bura gələn əcnəbi hakimlərin bəzilərini çıxmaqla, əksəriyyəti biabırçı idarəçiliklə yadda qaldı. Onların az bir hissəsindən nəyisə öyrənmək olardı. Digərlərinin fəaliyyəti isə yarıtmaz idi. Bu səbəbdən «altılıq» oyunlarını yalnız yerli hakimlər idarə edəcək. Onlara inanmaq lazımdı.
- Əcnəbi hakim məsələsində ən çox hansı klub israr edir?
- “İnter” və “Xəzər-Lənkaran” 1-ci dövrənin sonuna qədər bunu istəyirdi. Amma indi bu məsələni dilə gətirmirlər. Çünki işləri yaxşı gedir. Məsələn, “Xəzər Lənkəran”ı götürək. 12 legioner gətirib, hamısı da səviyyəlidir. Əsas odur ki, klubu belə güclü edəsən və uduzanda günahı hakimdə görməyəsən.
- Gəlin razılaşaq ki, yüksək dəstəylə müqayisədə 1-ci divizion oyunları kölgədə qalır. Bu baxımdan, hakimlərdən kifayət qədər narazılıq var.
- İnanın, son iki turda birinci dəstənin oyunlarına daha çox diqqət ayırırıq. Özümüz də gedib oyunlara baxırıq. Orda da gərginlik artıb, mübarizə qızışıb. Klublar öz oyunlarını düzəltməkdənsə, hakimlərə qarşı çox kobud hərəkət edirlər. Bir yeni xəbər verim ki, artıq PFL-in bir neçə kamerası birinci dəstənin bəzi oyunlarını çəkib. Bu da bizə oyunlara qiymət verməyə imkan yaradır. Hansı səhvlər varsa, onları hakimlərə irad tuturuq.
- Keçən tur “Neftçi-İSM”- “Sumqayıt” oyununda qonaq komandanın baş məşqçisi Baba Əsgərov əsas hakim Ramil Diniyevə idarəçiliklə bağlı kəskin etiraz bildirmişdi.
- Həmin oyunu Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov da izləyib. O özüdə etiraf etdi ki, qonaqlar yaxşı oynadı, ancaq onların qolu çatmadı. Əgər bir komanda yaxşı oynadığı halda uduzursa, bunun səbəbini hakimdə yox, özündə axtarmalıdır.
- «Xəzər Lənkəran»ın baş məşqçisi Mirça Rednik deyir ki, son 22 turda onların lehinə bir penalti təyin olunmayıb.
- Bu, demək deyil ki, hakimlər qeyri-obyektivdi. Onların da qapısına axırıncı turu çıxmaq şərti ilə penalti verilməyib. Açığı, mən bunu başa düşə bilmirəm. Hansı oyunda onlara qarşı qərəz olub, desinlər.
- “Turan”nın baş məşqçisi Naci Şensoyun sizin istefanızı tələb edib. Buna münasibətiniz necədir?
- Açığı mən xəstə təxəyyüllü insanlara cavab vermək istəməzdim. Ancaq Şensoy özü məcbur edir ki, mən onun əsl mahiyyəti haqda nəsə deyim. Mən Türkiyədə, Bolqarıstanda dəfələrlə onun texniki zonadan qovulmasının şahidi olmuşam. Yaxşı məşqçidisə, bir yerdə qalıb işləsin. Özü də deyir ki, bura hələ çox gəlib-gedəcəyəm. Son turda oyunla bağlı bir cəmlə danışıb. Sonra köhnə şeyləri vərəqləyib. Kimin hara və niyə getməsi onun işi deyil. Başını aşağı salıb işləsin və belə sözlər danışmasın.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi