Artıq Premyer liqa ilə bərabər birinci dəstədə də qış fasiləsinə yekun vurulub. İndidən hansı klubların yüksək dəstəyə can atdığını və bu yolda ciddi uğurlar qazandığını söyləmək olar. Əsas liderlər “Abşeron” və “Rəvan” öz oyunlarıyla bunu sübut etməkdədi. Digər komandalar da bu yolda var gücləri ilə çalışırlar.
Bir ilə yaxındı elitadan uzaq düşən Sumqayıtın eyni adlı klubu da bu yöndə öz çalışmalarını davam etdirir. Gəncə, Tovuz kimi böyük futbol məktəbləri ilə eyni səviyyədə olan gənclik şəhəri premyer-liqada təmsil olunmamaqla sumqayıtlı azarkeşləri məyus edib. Yerli klubun 2-ci dövrə başlayandan bəri göstərdiyi nəticələr bu məyusluğu daha da artırıb. Məhz buna görə də klub ətrafında bəzi söhbətlər dolaşmaqdadı.
Biz də elə bu və digər məqamları aydınlaşdırmaq məqsədi ilə komandanın baş məşqçisi Baba Əsgərovla görüşdük.
- Komandanızın son turdakı nəticələri narazılıqları kifayət qədər artırıb. Buna münasibətiniz?
- Özünüz də bilirsiz ki, 2-ci dövrəni geridə qalan iki oyununda minimal hesablı məğlubiyyətlər almışıq. Hər iki matçda qol da vura bilməmişik. Bu, bizim mənfi tərəfimizdi. Komandanın oyunu o, qədər də pis olmayıb. Oyun komponentlərində - istər müdafiə olsun, istərsə də hücum - bu yöndə heç kimə uduzmamışıq. Ancaq nəticə rəqibin hesabına olub. Sadəcə olaraq qol vura bilmirik. Bircə qalır bunu düzəltmək. Problemi aradan qaldırmaq üçün yollar axtarırıq. Bu məsələdə günahı ancaq özümüzdə görürük. Bu arada “Neftçi” İSM-lə oyunda hakimliyin məğlubiyyətimizdə böyük rol oynadığını qeyd edim. Həmin matçda referi Ramin Diniyevin biabırçı qərarı bizim fiaskomusa yol açdı. Mən sadəcə olaraq oyundan sonra futbolçularımın əziyyətinə məyus oluram. Onlar o cür şəraitdə, yağışda-palçıqda «vuruşdular». Sonda hakimin ani bir səhfi yolumuzu kəsdi. Diniyev oyunçuların haqqını tapdaladı. Axırda da dedi ki, qol vurdunuz ki, saymadım? Yəni bu şablon sözlər lazım deyil. Bizim qol vurub-vurmamağımızın Diniyevə aidiyyatı yoxdu. O, öz hakimliyin etməlidi. Buraxdığı səhfləri onun öz vicdanının öhdəsinə buraxıram.
- İkinci dövrənin başlanğıcında komandada hansısa inkişaf görürsünüz?
- Bilirsiz iki oyuna görə nəticələrimiz pisdi. Hər iki oyunu uduzmuşuq, qol da vurmamışıq. Çempionatın əvvəlində də demişəm ki, biz gücdü komanda qurmaq üçün daima axtarışdayıq. Klub hələ ki, formalaşma dövrü keçir. Rəhbərliyin əsas tələbi kimi daha çox Sumqayıtdan olan oyunçulara üstünlük veririk. Yenə deyirəm bizdə ancaq formalaşma gedir. Birinci dövrədə olduğu kimi, indi də heyətə 9 yeni oyunçu cəlb olunub.
- Deyirsiniz ki, gələcəyin komandasını qurursuz? Bələdirsə, nə üçün karyerasını bitirməkdə olan oyunçuları da sıralarınıza qatırsınız?
- Sizcə, cavanlar kimin yanında təcrübə yığır? Təbii ki, böyüklərin və təcrübəlilərin. Əksinə hələ mən daha bir neçə yaşlı oyunçunu Sumqayıtda görmək istəyirəm ki, onları cavanlarla oynadıb güclü komanda qurum. Bu, həm Azərbaycan, həm də Sumqayıt futboluna böyük töhfə olardı. Çünki Sumqayıt futbolu həmişə öz ənənəsi ilə seçilib. Burda həmişə güclü futbolçular olub. Biz də məhz onların davamçılarından güclü komanda qurmaq istəyirik. Eyni zamanda biz sabah tələb qoyulacağı təqdirdə başqa klublarda oynayan yerli oyunçuları doğma şəhərə qaytarmaq istəyirik.
- Bildiyimə görə, “SOCAR - Azərkimya” istehsalat birliyi komandanı himayə edir. Onların maliyyə dəstəyi sizin üçün kifayətdir?
- Bəli. Hər cür şərait yaradılıb.
- Elə isə Sumqayıt niyə yaxşı yerdə qərar tutmayıb? Məsələn, «Abşeron» kimi...
- Mən «Sumqayıt»la «Abşeron»u bir tutmuram. Onların məqsədi Premyer Liqaya vəsiqə qazanmaqdı. Onun da təməlini artıq qoyublar. Hər halda, hər bir klubun fərqli məqsədi olur. Doğrudu, yüksək məbləğdə pullar buraxıb Premyer Liqaya düşmək üçün oynamaq olar. Amma təəssüf ki, belə klubların axırı yaxşı olmur. Onlar yaranır, yüksəlir, sonra da dağılır. Biz bunun marağında deyilik. İstəyirik bazası, şəraiti, təməli möhkəm olan bir klub yaradaq ki, daim oynaya bilsin. Ötəri sevinclə heç kimi aldadmaq istəmirik. Təbii ki, Sumqayıt bir şəhər kimi inkişaf etdikcə, bu, onun klubunda da öz ifadəsini tapacaq. - Belə çıxır ki, hələ ayrılan vəsait bir o qədər kifayət eləmir?
- Mən elə deməzdim. Vəsait ayrılır, ola bilsin müəyyən qədər çatışmazlıqlar olsun. Ola bilər ideal olmasın, çünki böyük pullar böyük oyunçu deməkdir. Ancaq ümumi götürəndə məqsədə çatmaq üçün yaradılan şərait kifayət edir. Hətta deyərdim ki, birinci dəstədə bizə ayrılan pul lider komandalara ayrılan pullardan az deyil.
- Deyirsiz yaxşı komanda qurmağı, təcrübə toplamağı düşünürük. Bəs, nə üçün kubok oyunlarından imtina etdiniz?
- Bilirsiniz, biz bu oyunlara idman prinsipləri baxımından yanaşaraq belə qərara gəldik ki, böyük hesablı məğlubiyyətlər alıb bəzi söhbətlərə yol açmaqdansa, diqqətimizi birinci dəstənin oyunlarına yönəltsək, daha yaxşı olar.
- Fikir verirsinizsə, əvvəllər «Sumqayıt»ın daha çox fanatı vardı. Bu, sizin zəif oyununuzun nəticəsidi?
- Mən bunu həm zəif olmağımız, həm də şəhərin futbolsuz qalması ilə izah edərdim. Digər tərəfdən, əgər tarixə qayıtsaq, «Sumqayıt»ın adı bir çox şübhəli oyunlarda çəkilirdi. Buna görə mən Bakıda Sumqayıtdan olduğumu deməyə utanırdım. Buranın adı gələndə hərə bir söz deyirdi. Məhz bu cür söhbətlər «Sumqayıt»ı həqiqi mənada sevən fanatları da küsdürdü. Eyni zamanda hazırkı durumda azarkeşlərin bizdən inciməyi o qədər də düzgün deyil. Komanda udar da, uduzar da. Fanat həmişə qələbə görmür. Ona görə də azarkeşlər daim komanda ilə bir yerdə olmalıdı.
- «Sumqayıt»ın zəif durumu bir məşqçi kimi sizin yerinizi laxlatmır. Bundan qorxurmursuz?
- Xeyr, qorxan gözə çöp düşər. Mən heç nədən və heç bir yazıdan qorxmuram. Məşqçinin çomadanı həmişə yanında olmalıdı.
- Sonda. Sizdən narazı fanatlara nə deyərdiz?
- Mən onların Sumqayıt futboluyla yaşamalarını tövsiyə edirəm. Adla yaşamasınlar. Yoxsa, filankəs orda işləyir, filankəs burda işləyir, bəhmənkəs burda işləsəydi yaxşı olardı... Bu cür yanaşma olmaz. Soruşanda da deyirlər ki, «Sumqayıt»a azarkeşlik edirik. Azarkeşsənsə, ayrıseçkilik qoyma.
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı