“Hər iki komanda üçün bu matç mühüm əhəmiyyət kəsb edirdi. Biz nəhayət ki, evdə qələbə qazanmaq istəyirdik. Rəqib isə uğursuz oyunlar seriyasına son qoymağı hədəfləyirdi. Turlar keçdikcə çempionat gərginləşir. Ona görə də bu qələbəyə çox ehtiyacımız var idi”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, komandasının yaxaladığı şansları qola çevirməsini müsbət məqam kimi qiymətləndirib: “Hesab bizi aldatmalı deyil. Bu gün ikinci hissədə çox yaxşı oyun getdi. Çempionat başlayandan çox qol şanslarını qaçırmışıq. Amma bu gün məhsuldar çıxış etdik. Komandanı təbrik edirəm. Sevindirici hal odur ki, hesab bizə bu gün ikinci hissədə akademiyamızın yetirməsini meydana buraxmağa şans verdi. Buna görə akademiyamızın məşqçilərini də tərbik edirəm”.
“Turan Tovuz”un ikinci hissədə daha yaxşı oynamasının səbəbini Abbasov belə izah edib: “Matç gərgin başlamışdı. Rəqib bizi əks-hücumlarda yaxalamağa çalışırdı. “Kəpəz”in heyətində sürətli futbolçular var. İlk 45 dəqiqədə də oyuna nəzarət bizim tərəfimizdə idi. Sadəcə qol şanslarımız çox deyildi. Fasiləyə yaxın fərqlənməyimiz bizə çox kömək oldu. Buna baxmayaraq, futbolçulara fasilədə tapşırdıq ki, arxayınlaşmaq olmaz. Rəqib təzyiq edəcək. Elə ikinci hissənin ilk 5 dəqiqəsi çox ağır keçdi. Futbolçularım artırmalıdırlar. Bu gün əsas heyətdə meydana çıxanlardan yalnız 3 nəfəri ötən mövsüm də komanda idi”.
Tovuz klubunun çalışdırıcısı Paçunun qoluna çox sevindiyini bildirib: “Qərb derbisi həmişə maraqlı keçir. Bu oyun çempionatımıza gözəllik verir. Bu cür matçda böyükhesablı qələbə qazanmaq çox xoşdur. Futbolçularım daha çox fərqləndikcə onlarda özünəinam artır. Bu gün Paçunun fərqlənməsi məni çox sevindirir. Ağır zədədən sonra özünə gəlir. Bütün bunlar komandamıza xeyir verən addımlardır”.
O, Otto Conun son turlar inamlı çıxış etməsinə belə münasibət bildirib: “Ottodan gözləntilərimiz çoxdur. O, komandaya çox yaxşı qoşulmuşdu. Sonradan bir qədər çıxışında eniş oldu. Bəlkə də bu, rəqabətdən irəli gəlirdi. Lakin dediyiniz kimi, son 2 maçda vacib qollar vurur. Bu gün hücum xəttində rəqabət var. İstər Otto, istər Petkov, istərsə də Belaji məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər”.
Mütəxəssis komandasının üzvü Fərid Nəbiyevin milli komandaya dəvət almağa layiq olub-olmaması barədə sualı belə cavablandırıb: “Bəli, Fərid bu gün millidə oynamağa layiqdi. Ola bilər ki, əsas heyətdə şans qazanmasın. Amma ümjumi götürdükdə istər Fərid, istər Sərtan Taşkın, istər Şəhriyar Əliyev hər an milliyə dəvət almağa hazır olmalıdırlar”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı