Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Sadıqov Türkiyənin «Eskişehirspor» klubundan «Qarabağ»a keçməsinin səbəbləri haqda danışıb. Rəşadın fikirlərini təqdim edirik:
"- İlk öncə onu deyim ki, hansı kluba keçmişəmsə, təqdimat mərasimi olmayıb. İndi də görüşümdə öz istəyim oldu ki, bütün jurnalistlərə eyni yanaşım.
“Eskişehirspor”da ehtiyatda qalmağım Türkiyəyə vurduğum qolla əlaqəli deyil. Ondan əvvəl, Rza Çalımbayın vaxtında da ehtiyatda idim. Türkiyəyə qol vurduqdan sonra əsas isə heyətdə yer almağa başladım. Amma sonradan ehtiyatda olmağımın səbəbini bilmirəm. Zədədən sonra əsas heyətdəki yerimi itirdim. Mənə təklif göndərən 2 kluba «yox» cavabı verib, “Eskişehirspior”da oynayacağımı dedim. Təlim-məşq toplanışındakı bir çox oyunda əsas heyətdə yer aldım. Sonra isə baş məşqçi Bülənt Uyğun Nadareviçə şans verdi. “Qalatasaray”la oyundan sonra mənə şans verəcəyinə inam yaranmışdı. Amma Bülənt Uyğunla söhbətdə başa düşdüm ki, o, yenə də Nadareviçə şans verəcək. Bülənt Uyğunun söhbətindən belə anladım ki, klubun hədəfi yoxdur və mən onların gələcək planlarında yoxam. Açıq-aşkar bildirdi ki, yenə Nadareviçə şans verəcək. Yalnız bəlkə 1-2 oyunda meydana çıxacağımı söylədi. Mərkəz müdafiəçisi elə mövqedir ki, həmişə dəyişmək olmur.
Macarıstan millisilə oyunda özümü tanıya bilmirdim. Mən Bülənt Uyğuna oynamaq istədiyimi dedim. O da karyerama zərər olmasını istəmədiyini deyərək, "Qarabağ"a keçidimə razılıq verdi. Bülənt Uyğunun məni belə asanlıqla komandadan getməyimə razılaşmasını gözləmirdim.
Sonra klubun prezidentilə görüşdüm. O, məni buraxmaq istəmirdi. Prezidentə vəziyyəti izah etdim. O, Uyğunla danışdı. Komandanın mənə borcu olduğu halda, "Qarabağ"a keçmək üçün onlara pul ödədim, bundan sonra məni Azərbaycana buraxdılar. Son dəqiqəyə qədər gəlmək istəmirdim. Bilsəydim ki, 7-8 tur əsas heyətdə yer alacağam, gəlməzdim. Gəlişimin mənim üçün mənfi cəhətləri daha çoxdur. Amma Uyğunun mövqeyindən sonra qalmaq istəmədim. Sentyabrdan qalan pulumu bir həftə əvvəl vermişdilər. Verdikləri pulu alıb, sonra "Qarabağ"a buraxdılar.
Fiziki baxımdan problemlərimiz yoxdur. Uyğunun hər məşqi də 1 saat idi. Qarşılaşdığım problem fiziki göstəricilərimlə bağlı idi. Nadareviçin məndən yeganə üstünlüyü boyunun ucalığıdı idi. Özümü ondan zəif saymıram. Dostlarım da deyirdilər ki, Rəşad niyə oynamır?
Büləntin özünə də dedim ki, əvvəldən belə etsəydin, mən də alternativ axtarardım. Geri addım atıb alternativ variant axtara bilərdim.
"Qarabağ"a keçidimdə müsbət tərəflərin də çox olduğunu düşünürəm. Özüm həmişə xarici çempionatlarda çıxış etməyin tərəfdarı olmuşam. Oradan dostca ayrılmışam. "Kayserispor"dan ayrılmağım mənim futbolçu karyeramda ən böyük səhv addım idi. Ora gedəndə yer boş idi. Zədələnəndən sonra gənc oyunçu Aydın Toscalı mövqeyimdə yer aldı. Altı ay sonra milli komandaya dəvət aldı. "Eskişehirspor"da da Dieqo gələndən sonra parladı.
Mən Azərbaycandan yenə də getmək istəyirəm. Ona görə "Qarabağ"la uzunmüddətli müqavilə bağlamadım.
Təbii ki, bundan sonra İspaniyaya getməyəcəyəm, Türkiyədə oynamaq istərdim.
"Eskişehirspor"dan çıxmağımda elə məsələlər var ki, mənə də qaranlıq qaldı. Mən orada çıxış edəndə yanımda oynamağa futbolçu axtarırdılar. Amma vaxt keçdikcə, özüm də ehtiyata düşdüm.
Yenidən variant olsa, Türkiyə deyil, Rusiya çempionatında oynayaram. "Alaniya"ya gedərəm.
"Kayserispor"dan ailə məsələsinə görə ayrıldım. Səhv addım idi. Amma "Eskişehirspor"dan ailə problemləri yox idi. Bülənt çox güclü məşqçidir. Özü də Azərbaycanda işləmək istəyir. İşlədiyim məşqçilər rasında ən güclüsüdür. Onun Azərbaycanda işləməsini istərdim.
"Qarabağ"ın təklifi olmasaydı, gəlməyəcəkdim. Təklif olandan sonra bəzi söhbətlər açıldı. Uyğunun məni buraxmağa hazır olduğu üzə çıxdı. Halbuki mən ondan bunu gözləmirdim".
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi