Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, oğlanlar arasında 50 kq çəki dərəcəsində həlledici matçda iki Azərbaycan təmsilçisi üz-üzə gəlib. Məhəmməd Məmişov və Nihad Məmişov bütün rəqiblərini geridə qoyaraq, finala adlayıblar. Görüşün nəticəsində Nihad Məmişov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nihad ardıcıl olaraq ilk görüşündə Fransa, 1/8 finalda Macarıstan, ¼ finalda Monqolustan, yarımfinal görüşündə isə Qazaxıstan təmsilçisini məğlub edib. Məhəmməd isə ardıcıl olaraq ilk görüşündə bosniyalı, 1/8 finalda ermənistanlı, 1/4 finalda braziliyalı, yarımfinal görüşündə isə gürcüstanlı idmançıya qalib gəlib.
55 kq çəki dərəcəsində Mirxaliq İskəndərov 3-cü yer uğrunda fransalı cüdoçu Adrian Mivovana qalib gələrək çempionatın bürünc medalına sahib olub.
Qeyd edək ki, idmançılar 23-26 avqust tarixlərində çempionatın fərdi yarışlarında, 27 avqustda isə komanda yarışlarında iştirak edəcək.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video