"Hazırda zəif komanda yoxdur. HİK "Molde"yə qalib gəlmişdi, amma cavab matçında 89-cu dəqiqədə 2-ci qolu buraxdı, uduzdu. HİK pis komanda deyil".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, "Qarabağ", "Sabah" və "Neftçi"nin bu həftə avrokubokların təsnifat mərhələsində keçirəcəkləri oyunlar haqqında fikirlərini bölüşüb.
"Qarabağ"ın hər iki oyunun nəticəsinə görə mərhələni adlayacağına əminəm"
Y.Hüseynov "Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiya HİK-inə qarşı keçirəcəyi matçları dəyərləndirərkən Ağdam təmsilçisinin mərhələ adlayacağını düşündüyünü qeyd edib: "HİK-lə görüşlər çox çətin olacaq. Ancaq mənə elə gəlir ki, "Qarabağ" hər iki oyunun nəticəsinə görə mərhələni adlayacaq. Buna əminəm. HİK-lə "Rakov" eyni səviyyədə olan komandalardır.

"Qarabağ" "Rakov"la hər iki görüşdə diqtə edən tərəf olmuşdu, çox üstün oynamışdı. Amma bu futboldur. Futbolda elə anlar olur ki, 1 şans düşür, qol vurursan, bununla da oyun başa çatır. Matçlar var ki, 80/20-yə üstün olursan, amma rəqib qalib gəlir. Təəssüf ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə çıxmadı. Lakin HİK-ə qalib gələcəklərinə inanıram".
“Beşiktaş” indi keçilməz rəqib deyil"
Mütəxəssis "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Türkiyə "Beşiktaş"ı ilə keçirəcəyi oyunlara da toxunub. O, bildirib ki, rəqib məşhur və güclü komanda olsa da, onlara qarşı oynamaq mümkündür: "Mən Konfrans Liqasında "Beşiktaş"ın "Tirana" ilə hər iki oyununa baxdım. "Beşiktaş" indi keçilməz rəqib deyil. Hal-hazırda Türkiyədə çempionat başlamayıb, hazırlıq dövründən gəliblər. Yəni, "Beşiktaş" futbolçularının da praktikası çox deyil. Ona görə də düşünürəm ki, "Beşiktaş"a qarşı oynamaq mümkündür.

Bakıdakı matçda azarkeşlər də həddindən artıq çox olacaq. Bakıda "Beşiktaş" azarkeşləri xeylidir. Bilirsiniz ki, "Neftçi" azarkeşləri də möhtəşəmdir. Futbolçular azarkeşlərin qarşısında daha məsuliyyətli olurlar. Fikrimcə, bu matçlarda hər bir futbolçu özünü yaxşı tərəfdən göstərəcək. Futbolçular tanınmış komandalara qarşı oynayanda daha həvəsli, iddialı olurlar ki, onları görüb, transfer etsinlər. "Neftçi"nin yaxşı oynayacağını düşünürəm. Amma 2 matçın nəticəsinə görə "Beşiktaş"ı keçib-keçməyəcəyini oyunda görəcəyik. "Beşiktaş"a qarşı oynamaq olar. Amma şanslar 60/40-a "Beşiktaş"ın xeyrinədir".
"Qoy, onların başı problemlərə qarışsın, "Sabah" isə mərhələ adlasın"
Y.Hüseynov Konfrans Liqasındakı digər təmsilçimiz "Sabah"ın 3-cü təsifat mərhələsində Serbiya "Partizan"ına qarşı keçirəcəyi görüşlər haqqında da danışıb. O, Bakı klubunun "Partizan"a qarşı yaxşı oyun nümayiş etdirəcəyinə inandığını bildirib: "Sabah" 2-ci təsnifat mərhələsində RFS-ə hər iki oyunda qalib gəldi. Təmsilçimiz əlinə düşən imkanlardan çox yaxşı istifadə etdi. Oyunlara baxmışdım. RFS zəif komanda deyil. Onlar öz imkanlarından istifadə edə bilsəydilər, "Sabah" üçün çətin olacaqdı. RFS Bakıya kifayət qədər hazırlıqlı gəlmişdilər. 10 nəfərlə qalmaqlarına baxmayaraq, 1:0 öndə idilər. RFS 11 nəfər ilə oynasaydı, "Sabah"ın işi çox çətin olacaqdı. Bunu əminliklə deyirəm. Rəqib irəli atılıb 2-ci qolu vurmaq istəyirdi, "Sabah" isə əks-hücumlardan yaxşı istifadə edib 2 qol vurdu. Açığı, "Sabah"ın Bakıdakı oyunu xoşuma gəlmədi. Amma Latviyada yaxşı çıxış etmişdi. "Partizan"ın isə hazırkı durumunu bilmirik. Elə adını bilirik ki, "Partizan" elə, "Partizan" belə. İnanıram ki, "Sabah" "Partizan"a qarşı da yaxşı oyun nümayiş etdirəcək.

"Partizan"da maliyyə cəhətdən problemlərin olduğu deyilir. Qoy, onların başı problemlərə qarışsın, "Sabah" isə mərhələ adlasın (gülür). "Partizan"ın ad-sanı var. Düşünürəm ki, indi də yaxşı formada olarlar. "Partizan" Serbiya çempionatının ən titullu komandasıdır. Amma əvvəlki formasında olsa, "Sabah" isə bu komanda ilə RFS-ə qarşı Bakıda çıxış etdiyi kimi oynasa, çox çətin olacaq. Lakin yenə də "Partizan"a qarşı oynamaq olar. Bütün komandalarımıza uğurlar arzu edirəm".
Qeyd edək ki, hər üç komandamız avrokuboklarda ilk oyununu avqustun 10-da Bakıda keçirəcək. "Qarabağ" - HİK (Tofiq Bəhramov adına Respublika Stadionu) görüşü saat 20:00-da, "Neftçi" - "Beşiktaş" ("Neftçi Arena") və "Sabah" - "Partizan" ("Bank Respublika Arena") oyunları isə saat 21:00-da başlayacaq.
Nur Zeynalova
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev