PSJ-dən 80 milyonluq transfer

PSJ-dən 80 milyonluq transfer
DÜNYA FUTBOLU 7 Avqust 2023 / 17:17 77961
-  A +

"Benfika”nın hücumçusu Qonsalo Ramos PSJ-yə keçir.

Qol.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 22 yaşlı portuqaliyalı futbolçu artıq Parisə gedib. O, bu gün tibbi müayinədən keçdikdən sonra PSJ ilə müqavilə imzalayacaq.

Bu transfer üçün PSJ-nin "Benfika"ya 80 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, Ramos ötən mövsüm bütün turnirlərdə 47 matçda 27 qol vurub və 12 məhsuldar ötürmə edib.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner