“Bizim adımıza belə start çox xoşdur. Futbolçularımı təbrik edirəm. Çətin şərtlər altında gözəl qələbə qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının ilk turunda “Səbail”i 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, azarkeşləri startda sevindirə bildikləri üçün şad olduğunu qeyd edib: “Oyuna yaxşı başladıq. Nəzarət bizim tərəfimizdə idi. Lakin sonradan komandada bir qədər həyəcan var idi. Komanda üzərinə düşən işin öhdəsindən layiqincə gəldi. İlk oyun idi, azarkeşlərimizi sevindirdiyimiz üçün şadıq”.
Dünən “Sumqayıt”ın komanda üzvləri şam yeməyində bir araya gəlmişdilər. Samir Abbasov “Bəlkə bu məqam komandaya düşərli oldu” sualını belə cavablandırıb: “Ola bilər ki, bu məqamın köməyi oldu. Lakin bu gün həqiqətən çətin şərtlər altında oynadıq. Çünki bəzi futbolçular komandaya gec qoşulub. Belədə bəzi futbolçular tez yorulur və onların əvəzinə digərləri qaçmalı olurlar”.
O, Səbuhi Abdullazadənin çıxışını belə dəyərləndirib: “Birinci hissədə daha qətiyyətli olmağını istəyirdim. Bəzi məqamlarda axsayırdı. Buna görə də ona matçın gedişində lazımi tapşırıqları verirdik. Amma istənilən halda Səbuhi ən yaxşılardan biri idi”.
“Sumqayıt”ın baş məşqçisi penalti epizodunu belə şərh edib: “VAR-a baxılır, hakimin qərarına müdaxilə edilir. Biz nəyisə öz xeyrimizə görə bilərik. Hakim qərar qəbul etdisə, deməli, penalti idi”.
Mütəxəssis komandasının cari mövsümdəki hədəfləri barədə deyib: “Bacardığımız qədər yuxarı pillələr üçün oynayacağıq. Bu il bizim kimi komandalar üçün çox çətin keçəcək. 3 komanda çempionluğa oynayırsa, deməli, ilk üçlük məlumdu və dördüncü yeri tutmaq çox çətindir”.
“Sumqayıt”ın mütəxəssisi hücumçu Erik Sorqanın çıxışından razı qaldığını söyləyib: “Sorqa xoş təəssürat bağışladı. Mübarizə əzmi göstərdi. Penalti epizodunda da topu götürdü və bu kimi hallarda qərar dəyişmək risklidir. Hələ ki daimi penalti vuranla bağlı qərar qəbul etməmişdik”.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı