“Biz yaxşı oyun keçirdik. İstradakı bütün matçlar kimi, budəfəki qarşılaşmanın da ağır keçəcəyini gözləyirdik. Belə də oldu”.
Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Dinamo” Zaqrebin hücumçusu Mahir Emreli “İstra 1961”lə dünənki oyun haqda danışarkən deyib.
Emrelinin komandası Xorvatiya liqasının 2-ci turunda 3:0 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu oyunda 1 qol vurub və 1 qolun ötürməsini edib. Bu, onun yeni mövsümdə ilk qolu olub.
Xorvatiyanın index.hr nəşri Bruno Petkoviç və Yosip Drmiçin ehtiyatda qalmasını, Mahirin isə əsas heyətdə oynamasını çoxlarını təəccübləndirdiyini yazıb. Bununla belə, onlar Mahiri bu görüşün qəhrəmanlarından biri adlandırıblar. “Baş məşqçi İqor Bişçan Emrelinin nəticəyə ciddi töhvə verdiyi dedi” - sayt yazıb.
M.Emreli özü isə deyib ki, onlar üç xal qazanıblar: “Hamı, o cümlədən yeni oyunçular 3 xal üçün bütün güclərini ortaya qoydular”.
Azərbaycanlı futbolçu komanda yoldaşı Luka İvanuşetslə matçdan öncəsi söhbəti barədə də danışıb. Xorvat oyunçu dünən Mahirin ötürməsindən sonra 1 qol vurub, eləcə də həmyerlimizə qolun ötürməsini verib.
“Matçdan əvvəl İvanuşetslə razılaşdıq ki, oyunumuzla bir-birimizi tamamlayaq. Məşqçimizin tələblərini yerinə yetirməyə çalışıram. İndi bizi Astanaya uzun səfər gözləyir (Çempionlar Liqası oyununa - red.). Biz yaxşı hazırlaşmalı, qələbə qazanmalı və rahatlaşmamalıyıq” - deyə M.Emreli bildirib.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video