Musa oynadı, "Yurqorden" qalib gəldi - Yenilənib - 2

Musa oynadı, "Yurqorden" qalib gəldi - Yenilənib - 2
DÜNYA FUTBOLU 30 İyul 2023 / 18:54 16087
-  A +

Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında 18-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda səfərdə “Myelbyü” ilə qarşılaşıb. Görüş "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Musa görüşün 72-ci dəqiqəsində - komandası hesabda irəli olduğu zaman Joel Asoronun əvəzinə meydana daxil olub. Oyunda yeganə qolu da Joel Asoro vurub.

Qeyd edək ki, “Yurqorden” bu nəticədən sonra turnir cədvəlində 33 xalla (18 oyun) 4-cüdür. “Myelbyü” isə 22 xalla (17 oyun) 9-cu pillədə qərarlaşıb. 


Son xəbərlər
17.08.25  13:04

Yeni UFC çempionu