"Neftçi"nin prezidenti Fərrux Mahmudov Heydər ƏIiyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.
- Nəticə sizi qane etdi?
- Bosniya və Herseqovinaya qələbə üçün getmişdik təbii ki. Futbolçular rudan düşmədilər, sona kimi vuruşdular və qolu vurdular. Bu, məni qane etdi. "Neftçi"də komanda ruhu qayıdır. İnanıram ki, hər şey yerinə düşəcək.
- Oyundan öncə komanda ilə görüşdünüz. Futbolçulara nə dediniz?
- Dediyim əsas məsələ o idi ki, mənim qapılarım hər zaman onların üzünə açıqdır. Həmişə mənə zəng edə, qapımı döyə bilərlər. Mən onları qəbul edəcəyəm. Eyni şeyləri mediaya da deyirəm. Siz məni çoxdandır ki, tanıyırsız.
- Əvvəlki "Neftçi" ilə indiki "Neftçi" arasında hansı fərqlər var?
- Müşahidələrimə əsasən deyə bilərəm ki, əvvəlki "Neftçi" bu təzyiqə dözməzdi. Təzyiq çox böyük idi. 13 min nəfərlik stadion dolmuşdu. Hakim də o təzyiqə dözmədi. Futbolçular sağ olsunlar ki, sona qədər dözdülər.
- Hesab 1:2 olanda komandalar sanki, nəticə ilə barışmışdılar. Siz necə düşünürsünüz?
- Xeyr. Mən stadionda idim. Futbolçular barışmamışdılar. Sona kimi mübarizə apardılar. Bəlkə də televiziyada fərqli görünürdü. Amma barışmaq söhbəti yox idi.
- Rəhman Hacıyev bəlkə də karyerasının ən vacib qolunu vurdu...
- Mutu onu düzgün vaxtda meydana buraxdı. Rəhman da lazım olan vaxtda qolu vurdu.
- Səfərdəki atmosferi Bakıda yaratmaq mümkün olacaq?
- Təbii ki.
- Mərhələni keçmək şansını necə dəyərləndirirsiniz?
- Məncə, biz keçəcəyik. Bakıda "Jelezniçar"a meydan oxuyacağıq.
- Bundan sonra transfer davam edəcək?
- Davam edəcək. Bizə hücumçu lazımdır. Bu istiqamətdə işlər görülür. Dayanmayacağıq. İdman şöbəsi bununla məşğuldur.
- Mateus Saldanyadan FIFA-ya şikayət etmisiniz. Ümumiyyətlə o, komandanı niyə tərk etdi?
- Xeyr, şikayət etməmişik. Bildiyim qədərilə ona daha yüksək maaş təklif olunmuşdu. Saldanya bizdə icarədə idi. Onun gedişi ilə kifayət qədər vəsait qabağa düşdük. Çünki, bir neçə ayın pulu verilmədi.
- Azarkeşlər yeni rəhbərlikdən Konfrans Liqasının qrup mərhələsini, ölkə çempionluğunu tələb edir. Sizcə, bu nə dərəcədə realdır?
- Futbolda da basketboldakı kimi top yumrudur, ora da gedə bilər, bura da. Elə oyundur ki, indidən bilmək olmur. Kimsə zədələnə bilər.
- Bunları istəyirsiz?
- Təbii ki. Kim istəməz?
- "Neftçi"nin "Qarabağ" və "Sabah"la çempionluq mübarizəsi aparmaq üçün gücü var?
- Təbii ki, var. Niyə də yox?!
Mənbə: sportal.az
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı