“Sumqayıt” Türkiyə toplanışını başa vurdu

“Sumqayıt” Türkiyə toplanışını başa vurdu
ÖLKƏ FUTBOLU 27 İyul 2023 / 19:35 775
-  A +

“Sumqayıt” klubu Türkiyə toplanışını başa vurub.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi bu gün gecə saatlarında Bakıya qayıdacaq.

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 16-da Erzuruma yollanan “gənclik şəhəri” təmsilçisi orada yerli komandalarla iki yoxlama görüşü keçirib. Samir Abasovun komandası “Sivasspor”a 0:1, “Erzurumspor”a isə 3:4 hesabı ilə məğlub olub.


Son xəbərlər
topaz banner