Xəbər verdiyimiz kimi, «Qarabağ»ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov və klubun aşağı yaş qrupu üzrə komandalarının rəhbəri Həmdi Serpil Tuzun dünən «Eskişehirspor» komandasının baş məşqçisi Bülənt Uyğunla danışıqlar aparmaq üçün Türkiyəyə yola düşüblər. Səfərdə məqsəd milli komandamızın «Eskişehirspor»da çıxış edən kapitanı Rəşad Sadıqovun «Qarabağ»a keçidi məsələsini həll etmək olub.
Hazırda Türkiyədə olan «Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl Rəşadın komandalarına transferi ilə bağlı Qol.Az
saytının suallarını cavablandırıb
- Bülənt Uyğunla danışıqlarınızın yekunlarını necə qiymətləndirisiniz?
- Bildiyiniz kimi, klubumuzun vitse-prezidenti Tahir Gözəl «Qarabağ»ın daha böyük uğurlar qazanması üçün Rəşadın komandamıza qaytarılması üçün göstəriş vermişdi. Türkiyəyə səfərimizin məqsədi də məhz bununla bağlıdır. Dünən Bülənt Uyğunla söhbətimiz oldu. Dedik ki, komandamızın Rəşad Sadıqova böyük ehtiyacı var. O da Rəşadın «Qarabağ»a keçidinə razılıq verdi.
- Artıq Rəşadın transferinin tam olaraq həllini tapdığını söyləmək olar?
- Bu məsələdə əsas məqsəd baş məşqçi Bülənt Uyğunun razılığını almaq idi ki, buna da nail olduq. Bildiyiniz kimi, hazırda Rəşad milli komandayla birgə Dubayda təlim-məşq toplanışındadır. Sabah o, Türkiyəyə gələrək «Eskişehirspor» klubunun rəhbərliyi ilə danışıqlar aparacaq. Çünki Rəşadın hazırkı klubu ilə müqaviləsi var. O, danışıqların maliyyə məsələləri ilə bağlı razılığa gəlməlidir.
- Ortaya hansısa problemin çıxması ehtimalı varmı?
- Düşünmürəm. Bir daha deyirəm, əsas məsələ baş məşqçinin razılığını almaq idi. İnşallah, Rəşad klub rəhbərliyi ilə ortaq məxrəcə gələcək. Bu görüşdən sonra da «Qarabağ»a keçəcək.
- Klubunuzun aşağı yaş qrupu üzrə komandalarının rəhbəri Həmdi Serpil Tuzunun danışıqlarda iştirakı nəylə əlaqədardır?
- Bülənt Uyğun futbolçu kimi Həmdi hocanın rəhbərliyi altında oynayıb, onların yaxşı münasibətləri var. Demək olar ki, Bülənt bəylə danışıqlarınımızın müsbət nəticələnməsində Həmdi hocanın müstəsna rolu oldu.
Bülənt Uyğun bizi çox gözəl qarşıladı. Təxminən iki saat yarım söhbətimiz oldu.
- Bəs, Rəşadın «Eskişehirspor»dan ayrılması Bülənt Uyğunun planlarını pozmayacaq?
- Görüşümüzdə o dedi ki, Rəşadın komandadan ayrılmasından sonra «Eskişehirspor»un düşərgəsində 21 futbolçu qalacaq. Amma o, eyni zamanda Sadıqovun həm Azərbaycan futboluna, həm də «Qarabağ»a böyük fayda verəcəyini söylədi. Bülənt Uyğun «Qarabağ»ın onun üçün də özəl bir komanda olduğunu söylədi. Həm Həmdi hoca, həm də «Qarabağ»a görə Rəşadın «Eskişehirspor»dan ayrılmasına razılıq verdi.
- Sizin özünüzün klub rəhbərliyi ilə danışıqlarınız oldu?
- Yox. Onsuz da onlar bizə müqavilənin şərtləri barədə nəsə deməyəcəkdilər. Bu, futbolçu ilə klub arasında olan məsələdir.
Sabah Rəşadın «Eskişehirspor» rəhbərliyi ilə danışıqlar aparacaq. Ehtiyac olsa, biz də həmin görüşdə iştirak edərik.
- Rəşad bu həftə ««Qəbələ»ylə oyunda «Qarabağ»a kömək edə biləcəkmi?
- İnşallah. Dediyim kimi, Rəşadın komandamıza transferi böyük ölçüdə həllini tapıb.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi