"Sumqayıt" Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.
Qol.az xəbər verir ki, bu barədə ECA-dan kluba rəsmi müraciət daxil olub. Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub.
Həmçinin qeyd olunub ki, "Sumqayıt" qurumun sentyabrda keçiriləcək Baş Assambleyasına dəvət olunacaq.
Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var. Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.
Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir. Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Qəbələ" hazırda qurumun üzvləridir.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb