Klub tarixinin ən bahalı transferi

Klub tarixinin ən bahalı transferi
DÜNYA FUTBOLU 15 İyul 2023 / 14:05 5919
-  A +

"Leypsiq" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Lans"dan Lois Opendanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

"Leypsiq" belçikalı oyunçu üçün 43 milyon avro ödəyib. Bu, klub tarixinin rekord transferidir.

Qeyd edək ki, Openda ötən mövsüm Liqa 1-də 38 oyunda 21 qol vurub.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner