"Qarabağ"ın mətbuat xidmətinin sabiq rəhbəri olan Nurlan İbrahimov 2020-ci ildə UEFA-nın qərarı ilə futboldan ömürlük kənarlaşdırılıb. Buna onun 44 günlük Vətən müharibəsi zamanı "Feysbuk" səhifəsində ermənilərlə bağlı paylaşımı səbəb olub.
İbrahimov UEFA-nın bu qərarına dəfələrlə etiraz etsə də, sonda İdman Arbitraj Məhkəməsi (CAS) qərarı qüvvədə saxladı. Sonra N.İbrahimov “Can Sports” idman turizmi və konsaltinq şirkətini yaratdı və hazırda da bu şirkətin rəhbəri kimi fəaliyyət göstərir.
N.İbrahimov Qol.az saytına müsahibəsində UEFA-nın onun haqqında verdiyi qərara, “Can Sports” idman turizmi və konsaltinq şirkətinin yaradılmasına və digər bir sıra mövzulara toxunub.
- Sizinlə bağlı hər kəsi maraqlandıran əsas məsələ UEFA-nın verdiyi xoşagəlməz qərardır. Bu mövzuda iş nə yerdədir? Yenidən etiraz etmək, hansısa qurumlara müraciət etmək planlarınız varmı?
- Bilirsiniz ki, mənim haqqımda verilən qərarın heç bir hüquqi əsası yoxdur. Bu, sifariş əsasında, heç bir hüquq standartlarının qorunmadığı halda verilən bir qərardır. Bunu tək mən demirəm, Avropada olan, məsələyə baxan mütəxəssislər də təsdiq ediblər. Əslində hadisələrin ümumi gedişatı da, məhkəmə prosesindəki təxirəsalınmalar da, çıxarılan qərar da, mənə müdafiə hüququ verilməməsi də bütün insan hüquqlarının pozulması idi. Mən əslində prinsipial olaraq haqsızlıqla barışmayan bir insan kimi sona qədər mübarizə apardım. Amma çox maraqlı məqam budur ki, ən son mərhələdə CAS-da işə baxmadan işi bağladılar. Lazım olan məqamda hüquqi prosedurlardan istifadə etdilər, amma işə qanuni çərçivədə baxmadılar. Lakin həyat davam edir. Hal-hazırda bu qərarı yalnız UEFA dəyişdirə bilər. UEFA ictimai qurumdur. Bu məsələni UEFA qarşısında kimsə qaldırmalıdır. İndi isə bunu qaldıracaq və ya qaldırmalı olan bir şəxsin tərəfimdə olduğunu görmürəm.
- UEFA həmin qərarı verəndə hansı hissləri keçirdiniz? Hansı addımı atdınız?
- UEFA çox tələsik bir qərar vermişdi. Heç işə baxmadılar da. Bu detallar bəllidir. Heç bir faktı nəzərə almadılar. Bunun üzərindən artq 3 ilə yaxın müddət keçib. Emosiyalar səngiyib. İndi danışmaq daha rahatdır. Hazırda məsələlərə münasibətlər fərqlidir. Amma o vaxt içimiz həqiqətən də qan ağlayırdı. Təbii ki, məyus idim. 15 il "Qarabağ"da çalışmışam. Bundan əvvəl də futbol sahəsində çalışmalarım olmuşdu. Bu, mənim sahəmdir, bildiyim və faydalı ola biləcəyim işdir. Hadisə baş verdiyi zaman mənim mübarizəmin məqsədi "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri vəzifəsinə qayıtmaq yox, bir insan, Azərbaycan Respublikasının vətəndaşı olaraq mübarizəmi göstərmək idi. Bunun uğrunda mübarizə aparırdım. Mən özümü məğlub saymıram. Hətta o vaxt mənə deyirdilər ki, işin başını burax, olmayanda olmur. Amma mən dedim ki, mənə rahat olmaq üçün mübarizəmi davam etdirəcəyəm. CAS-ın qərarının açıqlanmasını da nəzərə alsaq, bu proses 2 il davam etdi. Deyirdilər, yeni iş qur. Mən prinsipial olaraq özümə yeni işə başlamayacağımı, CAS-ın verəcəyi qərar əsasında hərəkət edəcəyimi bildirdim. Məqsədim sırf keçmişdə tutduğum vəzifəyə qayıtmaq deyildi. Ən azından mübarizə apardım. Buna görə vicdanım rahatdır.
- "Qarabağ" tərəfdən sizə nə kimi dəstək verdi? Ümumiyyətlə, sizin üçün ağır olan o dövrdə futbol ictimaiyyətindən ən çox kimlər yanınızda oldu?
- Bu müddət ərzində heç vaxt şikayətlənməmişəm, kiminsə haqqında danışmamışam. Bu məsələdə xoşagəlməz qərarın verilməsinə səbəb olan bəzi azərbaycanlılar var. Amma mən onlar haqqına da heç vaxt neqativ söz deməmişəm. Prinsipial olaraq heç vaxt şikayət edən, danışan deyiləm. Ümumi götürdükdə isə düşünürəm ki, çətin məqamlar olanda insan nələrisə itirir, insanları daha yaxşı tanıyır. Çox şükürlər olsun ki, mən o dövrdə ciddi dəyər verdiyim heç kimi və heç nəyi itirmədim. Təbii ki, müəyyən məyusluqlar oldu. Elə insanlar var idi ki, çox böyük dəstək nümayiş etdirdilər, çox mübarizə apardılar, nəsə etməyə çalışdılar. Bu məsələlərdə isimsiz qəhrəmanlar çox idilər. Ad çəksəm, kimisə yaddan çıxara bilərəm. İstər mediada, istərsə də digər sahələrdə əlini daşın altına qoyub nəsə etmək istəyənlər çox idi.
- Bəs, problem nə idi?
- Bir vətənaş olaraq bu məsələdə ən böyük problem mütəşəkkilliyin olmaması idi. Mən bəzi mövzularda keçmişdəki peşmançılıqla yaşamamağa çalışan bir insanam. Heç kimi ittiham etmirlər. Olan olub, keçən keçib. Mən çox sevinirəm ki, ən azından bu gün insanlarda xoş təəssüratlar və emosiyalar yaratmışam. Bu, mənim qazancım və uğurumdur.
- Nurlan bəy, bir müddət əvvəl "Cansports travel and consulting"i yaratdınız. Yəqin ki, bu, illərini futbola vermiş bir şəxsin ürəyini soyutmaq və öz təcrübələrini, bildiklərini tətbiq etməsi üçün atılan addım idi.
- Bu, mənim əvvəldən gördüyüm, düşündüyüm bir layihə idi. Mən "Qarabağ"da işləyəndə deyirdik ki, biz klub olaraq sıfırdan bu mərhələyə gəlmişik. Yıxılmağı da, bərkə-boşa düşməyi də görmüşdük. Əslində çox sadə görünsə də, orada böyük komanda, fədakarlıqla çalışan uşaqlar var. Dünya praktikasına, böyük klubların təcrübəsinə baxaraq görürdük ki, dünyada artıq bu sahə aktuallaşıb. Yəni, işi peşəkarlara həvalə edib mental olaraq daha sakit şəkildə işin gedişatını izləmək daha düzgün qərardır. Təbii ki, işi bilmək lazımdır. Mən də idmançı mentalitetini, komandanın və idmançının nə istədiyini bildiyim üçün belə bir şirkətin yaradılmasının lazım olduğunu düşündüm. CAS qərarını qüvvədə saxladıqdan sonra mən də şirkət açdım.
- Şirkətin əsas fəaliyyəti nədən ibarətdir?
- Biz idman tədbirlərinin təşkili ilə məşğuluq. Burada digər sahələrdən fərqli olan ən böyük amil odur ki, idmanda xüsusi mentalitet olur. Yerləşdirmə, logistik, qidalanma və digər sahələrdə düzgün və müvafiq qərarlar vermək lazımdır. Çünki bunlar komandanın uğur qazanmasına gətirib çıxaran amillərdəndir. İstiqamətimiz bundan ibarətdir. Təbii ki, bizdə bu sahə yeni olduğuna görə tam oturuşmayıb. İdman sferası olaraq hələ buna tam keçid etməmişik. Mən digər idman növlərindən danışıram. Onlar bu məsələdə daha məsafəlidirlər. Özüm də həvəskaram, digər idman növləri ilə maraqlanıram. İnanıram ki, onlar da bu səvyyəyə gələcəklər. Peşəkar idmanda turizm və konsaltinq işləri çox önəmlidir. Qərbi Avropa və Amerika ölkələri bu sistemə çoxdan keçiblər. Biz isə gecikirik. Amma bu keçid mütləq olacaq.
- Bir turizm və konsaltinq şirkətinin rəhbəri kimi deyə bilərsinizmi ki, ölkəmizdə idman sahəsində təşkilati məsələlər baxımından hansı problemlər var?
- Problem deməzdim. Problem daha əvvəl vurğuladığım məqamlarla əlaqədar idi. İdman sahəsində insanlar idman turizmi və konsaltinq sisteminə keçid etməyə cəsarətlənmirlər. İşi daha kustar üsullarla həll etməyə çalışırlar. Əməkdaşlar göndərirlər, baxırlar və s. Bunların hamısı vaxt itkisidir və naşı yanaşmadır. Amma iş daha peşəkar formada olanda vaxt itkisindən də sığortalanırsan, mümkün ola biləcək problemlərdən də. Təcrübədən yararlandığın zaman komanda ilə əlaqədar yarana biləcək fəsadların qarşısını alırsan. Bu, həm fərdi, həm də kollektiv idman növlərinə aiddir. Amma bizdə insanlar bir az cəsarətli deyillər.
- "Can Sports" qısa müddət ərzində bir çox əməkdaşlıqlara imza atdı. Təkliflər siz tərəfdən oldu, yoxsa?..
- Futbol klublarının demək olar ki, hamısı ilə danışıqlarım olub. "Qarabağ", "Zirə" və "Neftçi" ilə danışıqlar gedib. "Qarabağ" və "Zirə" ilə bir sıra sahələrdə əməkdaşlıq edirəm. "Neftçi" də məsələyə isti baxır. Zamanla artıq bu sistemə keçmək lazımdır.
- Hazırda mətbuat xidmətinin rəhbəri vəzifəsindən uzaqdasınız. Bu bir neçə il ərzində klublarımızın mətbuat xidməti bölmələrində hansı dəyişiklikləri müşahidə etmisiniz? İnkişaf var?
- Bizdə insanlar mətbuat xidməti ilə multimedia anlayışını qarışdırırlar. Bizdə elə bilirlər ki, kim yaxşı post hazırlayırsa, kim yaxşı video yerləşdirirsə, bu mətbuat xidməti yaxşı işləyir. Amma elə deyil. Mətbuat xidməti ictimai-sosial institutdur. Sən burada azarkeşlərlə, media ilə düzgün münasibətlərin qurulmasında körpü olmalısan. Yəni, bərabərsəviyyəli, orta, hər kəsin adlaya biləcəyi körpü olmalısan. Multimedia məsələsində klubların inkişafı göz qabağındadır. Çox yaxşı posterlər yığırlar, videolar düzəldirlər. Bu, bəlkə də günün tələbidir. Bu gün mətbuat xidməti anlayışı daha çox multimedialaşıb, öz standartını, obrazını itirib. Təbii ki, o da sənin öz sözünü deməyinə görə platforma ola bilər. Amma cəmiyyətin inteqrasiyasına görə bir az zaman zalımdır. Mən bunu problem kimi qiymətləndirmirəm. Əgər bu gün düşünsək ki, yaxşı multimedia yaxşı mətbuat xidmətidir, onda hamı işinin öhdəsindən artıqlaması ilə gəlir.
- Bir gün UEFA-nın qərarı aradan qaldırılsa, Nurlan İbrahimov "Qarabağ"a qayıdar? Ümumiyyətlə, başqa bir klubun mətbuat bölməsində çalışarsınızmı?
- Heç vaxt heç vaxt deməmək çox önəmli bir faktordur. Amma bu hadisələrdən sonra ilk dəfə açıqlama verəndə demişdim ki, mən bir daha "Qarabağ"ın mətbuat xidməti vəzifəsində işləmərəm. Bu, əslində bir qədər müəyyən şərtlərə uyğun olaraq verilən cavab idi. Amma mən ölkəm üçün, xalqım üçün faydalı ola biləcəyim işi məmnuniyyətlə görərəm. Məni tanıyanlar bilir ki, başqa nələrsə çox önəmli deyil. Mənəvi rahatlıq duya biləcəyim şeylər daha vacibdir. Əgər bu gün futbolda, idmanın başqa bir sahəsində faydalı ola biləcəyim iş olarsa, mən onu məmnuniyyətlə görərəm. Buna sırf faydalılıq prinsipi ilə baxıram. Çünki mən idmanı, futbolu bilirəm. Nəinki futbolda, digər idman sahələrində də insanlarda qorxu var. Mənim bu gün futbol sahəsində işləməyimlə bağlı da problem yoxdur. Sadəcə olaraq UEFA-nın lisenziya verdiyi sahələrdə işləyə bilmərəm. Qalan sahələrdə heç bir problem yoxdur. Amma insanlarda xof var. Buna görə onları qınamıram, anlayışla qəbul edirəm. Mənim təslimiyyət anlayışım yoxdur. Heç vaxt təslim olmamışam. Bunu özümə şüar etmişəm ki, insanlar təslim olanda uduzurlar. Mən özümü məğlub və ya təslim olmuş saymıram. Həyat mübarizəm davam edir.
Nur Zeynalova
"Zaqatala" - "Karvan" matçında vurulan 4 qol - Video
Vinisius ötən mövsümün ən yaxşısı seçildi
Misli Premyer Liqasında 17-ci turun təyinatları bəlli oldu
"Liverpul"un yeni transferi niyə oynamır?
Türk azarkeşlər Avroliqanın bu oyununa buraxılmayacaqlar
"Qəbələ" liderliyini belə qorudu - Video
“Azərbaycan futbolu və “Neftçi”ni izləyirəm” - Skripçenko
Sxadadzenin qələbə şərhi
“Bəlkə də ən çətin qruplardan birinə düşdük” - Montella
İngiltərə Premyer Liqasında ən yaxşı seçildi
"Qəbələ" qalib gəldi, "Karvan" və "İmişli" heç-heçə etdi
Rebrov Azərbaycan millisi və püşk haqda nə dedi?
Santuş püşkü dəyərləndirdi
Azərbaycan millisinin sonuncu rəqibi nə vaxt bilinəcək?
2-ci liqada 12-ci tura yekun vuruldu
DÇ-2026-nın seçmə mərhələsinin püşkü atıldı
Çin millisinin keçmiş baş məşqçisi 20 il həbs cəzası aldı
Azərbaycan klublarının UEFA reytinqindəki yerləri açıqlandı
Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi bilindi
Qurban Qurbanov 2024-cü ilin ən yaxşı məşqçisi seçildi
AFFA rəhbərliyi Santuşun istefası xəbərlərinə nöqtə qoydu
İbrahimoviç bu futbolçuya nifrət edir
Marandiçi xəstəxanadan evə buraxıldı və təşəkkür etdi
Messi onu özünə bənzətdi
Murad Musayev Bakıya gəldi
Avropa Liqası ilə vidalaşacaqlar
“Azərbaycanda futbol akademiyalarının sayı çoxalmalıdır”
"Qarabağ"a qol vuran 21 yaşlı Ahmed nə dedi?
"Elfsborq"un baş məşqçisi “Qarabağ”la oyundan danışdı
"Beşiktaş" "Bodo-Qlimt"ə belə uduzdu - Video
Azərbaycanı püşkatmada kimlər təmsil edəcək?
Azərbaycan UEFA reytinqində gerilədi
"Qalatasaray" qələbəni bu cür əldən verdi - Video
"Qarabağ"ın İsveçdəki məğlubiyyəti - Video
"Futbolda elə bir qayda yoxdur ki, hər il daha yaxşısını etməlisən" - Qurban Qurbanov
"Qarabağ" "Elfsborq"a uduzdu
Messidən Azərbaycanla bağlı paylaşım - Video
“Qarabağ”ın İsveçdəki oyun üçün - Heyəti
18 yaşlı şahmatçı dünya çempionu oldu
Aquero Messi haqda: "Meydanda tam gücünü qoyacaq"
Uolker irqçiliklə üzləşdi, "Mançester Siti" dəstəklədi
Ronaldo yeni kluba keçir?