“Ayaks” baş məşqçisi Conni Heytinqa ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu qərar Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Qalatasaray”a 0:3 hesabı ilə məğlubiyyətdən bir gün sonra verilib. Sözügedən qarşılaşmada amsterdamlılar turnirdə ardıcıl dördüncü dəfə məğlubiyyətə uğrayıb. Hazırda "Ayaks" Niderland çempionatında 20 xalla dördüncü yerdədir. Çempionlar Liqasında isə klub 0 xalla sonuncu, yəni 36-cı yerdə qərarlaşıb. Conni Heytinqanın gedişi ərəfəsində komandaya müvəqqəti olaraq Niderland gənclər millisinin keçmiş baş məşqçisi Fred Qrim rəhbərlik edəcək.
Qeyd edək ki, “Ayaks” Çempionlar Liqasının ümumi mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir. Komandalar arasındakı qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
"Qarabağ"da şok itki
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi
Kadi sıradan çıxdı
"Kimsə qalib gələcəyimizi desəydi, təəccüblənərdim"