“Qəbələ”nin yarımmüdafiəçisi Ülvi İsgəndərov Qol.az saytına müsahibə verib. O, komandasının tarixində ikinci dəfə ölkə kubokunu qazanmasından, Konfrans Liqasından gözləntilərindən, eləcə də “Qəbələ” rəhbərliyinin düzgün stragetiyasından söhbət açıb.
- “Neftçi” üzərində qazanılan qələbə sayəsində “Qəbələ” ölkə kubokuna sahib çıxdı. Final görüşü barədə nə deyə bilərsən?
- Oyuna çox ciddi hazırlaşmışdıq. İnanırdıq ki, “Neftçi”yə qalib gələcəyik. Finalda favorit olmur. Biz də güclü rəqibə qarşı çox yaxşı mübarizə apardıq. İstər 90 dəqiqə ərzində, istərsə də əlavə vaxtda bütün gücümüzü meydanda qoyduq. Yekunda da istəyimizə çatdıq.
- Səncə, finalda “Neftçi” zəif oynadı, yoxsa “Qəbələ” güclü təsir bağışladı?
- Hər hansı komandanın açıq-aşkar üstün olduğunu demək olmaz. Bərabər oyun getdi. Biz öz vaxtımızı gözlədik, səbirli olduq. Kuboku qazanmağı çox istəyirdik. Səbrin və istəyin sayəsində kuboka sahib çıxdıq.
- “Qəbələ” ölkə çempionatında dördüncü yeri tutmaqla UEFA Konfrans Liqasına vəsiqə qazandı. Bu məqam finaldakı çıxışınıza nə dərəcə təsir etdi?
- Çox təsir etdi. Çempionatın son turunda Konfrans Liqasına vəsiqəni rəsmiləşdirdik. Buna görə də finalda daha rahat idik. “Neftçi”də isə vəziyyət fərqli idi. Düzdür, onlar da avrokuboklara vəsiqəni rəsmiləşdirmişdilər. Amma hamımız bilirik ki, “Neftçi” hər zaman iddialıdır, daim titullar uğrunda mübarizə aparır. Ola bilər ki, məhz bu məqam “Neftçi”nin işini çətinləşdirdi.

- “Qəbələ” ölkədaxili yarışlardakı uğurlu çıxışını Konfrans Liqasında da davam etdirə biləcək?
- Konfrans Liqasının startına hələ vaxt var. İlk növbədə yaxşı hazırlıq keçməliyik. Heyətimizin güclənəcəyinə də ümid edirəm. Düşünürəm ki, hər şey qaydasında olsa, Konfrans Liqasında da uğur qazana bilərik. Təbii ki, püşkdən də çox şey asılıdır.
- Mövsümün əvvəlində “Qəbələ”nin Konfrans Liqasına vəsiqə qazanacağına, üstəlik, ölkə kubokuna da sahib çıxacağına nə dərəcədə inanırdınız?
- Təbii ki, ilk gündən özümüzə inanırdıq. Ola bilər, hansısa məqamda digər iddialı kollektivlərdən geri qalaq, amma Konfrans Liqasına vəsiqə qazanacağımıza inamımız var idi.
- “Qəbələ”nin büdcəsi azaldıqdan sonra əksəriyyət komandanın daha iddialılar sırasında olmayacağını ehtimal edirdi. Lakin “Qəbələ” ardıcıl ikinci ildir avrokuboklara vəsiqə qazanır, eləcə də bu mövsüm kuboka sahib oldunuz. Bu uğurları nə ilə əlaqələndirmək olar?
- İlk növbədə rəhbərliyi qeyd etmək istərdim. Onların düzgün strategiyası, idarəçiliyi komandaya uğur qazandırır. Digər amil kimi baş məşqçimizin adını çəkə bilərəm. Məhz Elmar müəllim komandanı bir yerə toplayıb. Onun işi göz önündədir. Bu gün “Qəbələ”nin qazandığı uğurlarda o, böyük pay sahibidir.
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi