Dare Nibombe: "Azərbaycan çempionatı Rumıniyanınkı ilə eyni səviyyədədir"

Dare Nibombe: "Azərbaycan çempionatı Rumıniyanınkı ilə eyni səviyyədədir"
MÜSAHİBƏ 30 Yanvar 2011 / 23:13 3501
-  A +

"Bakı" klubunun sabiq futbolçusu Dare Nibombe Belçika mətbuatına müsahibə verib. Toqolu müdafiəçi çıxış etdiyi Belçika və Rumıniya çempionatları ilə yanaşı Azərbaycandakı qısa karyerasından da danışıb. Qol.Az müsahibənin ölkəmizlə bağlı hissəsini təqdim edir:  
 
- İşlərinizdə hansı yenilik var?

- Hər şey qaydasındadır. Azərbaycandakı macəralarımdan sonra həyat yoldaşım və 3 uşağımla Belçikanın Mons şəhərinə gəlmişəm. Formamı saxlamaq üçün məşqlər edirəm, fiziki cəhətdən çox yaxşı formadayam. Toqo millisinə də dəvət alıram. Ailəmdən aralanmaq istəmirəm. Lakin yenə özümü ambisiyalı idmançı sayıram və yeni təklif gözləyirəm. Çünki futbola acam və çox həvəsliyəm. 

- Azərbaycanda futbolun səviyyəsi barədə danışa bilərsiniz?

- Bu çempionat inkişaf edir, yaxşı infrastruktura malikdir. Çoxlu braziliyalı, afrikalı, şərqi avropalı futbolçular çempionatın səviyyəsini yüksəldirlər. Hətta Emil Mpenza da orada çıxış edir. Deyərdim ki, Azərbaycan çempionatı yaxşı səviyyədədir. Lap Rumıniyadakı səviyyə ilə eynidir. 

- Ötən yay Rumıniya çempionatını niyə tərk etdiniz?

- "Timişoara" klubunun prezidenti son müsahibəsində deyib ki, nəinki o, hətta Rumıniya çempionatı ən yaxşı müdafiəçisini itirib. Bu fikir indiyədək xatirimdədir və Rumıniyada yaxşı münasibətlə üzləşdiyimin sübutudur. Lakin istənilən oyunçu yeni təkliflərlə qarşılaşmaq istəyir. Bu baxımdan, "Bakı" klubu mənə təklif ünvanladı. Bu klub Avropa Liqasının II təsnifat mərhələsində çıxış etməli idi. "Bakı"nın prezidentinin təklifi ilə klubumu dəyişdim. 

- Belçika çempionatına qayıdışınız mümkündür?

- Əlbəttə. Hətta mənim ilk arzum Belçikada oynamaqdır. Həyat yoldaşım və uşaqlarımdan ayrılmaq istəmirəm. Belçika çempionatına qayıtmaq mənim üçün prioritetdir.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır