"Bavariya" futbolçusu Sadio Maneni cəzalandırıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 31 yaşlı hücumçunun Çempionlar Liqasının 1/4 finalının "Mançester Siti" ilə ilk oyunundan (0:3) sonra komanda yoldaşı Leroy Saneni vurması səbəb olub.
Seneqallı futbolçu Bundesliqanın növbəti turunda evdə "Hoffenhaym"la keçiriləcək görüçü buraxacaq. Onun pul cəriməsi ediləcəyi də bildirilib.
Almaniya mətbuatının yazdığına görə, Mane bu gün Münhen təlim mərkəzinə gəlib. Futbolçunun yaxşı əhval-ruhiyyədə olduğu qeyd edilir. Klub Manenin bu gün komandadan üzr istəməsini gözləyir.
Qeyd edək ki, Mane "Mançester Siti" ilə oyundan sonra paltardəyişmə otağında komanda yoldaşı Leroy Sane ilə dalaşmışdı. Əvvəlcə Mane Sanenin sözlərinə əsəbiləşdiyi üçün onu vurub. Daha sonra tərəflər əlbəyaxa dava ediblər.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı