Xavi Messinin mümkün qayıdışı haqda

Xavi Messinin mümkün qayıdışı haqda
DÜNYA FUTBOLU 31 Mart 2023 / 22:30 3490
-  A +

"Barselona"nın baş məşqçisi Xavi Ernandes PSJ-nin futbolçusu Lionel Messinin komandaya qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, "Sport.es"ə açıqlamasında deyib:

"İndi Leonun qayıtması ilə bağlı danışmaq üçün uyğun zaman deyil. Ancaq onun yenidən "Barselona"da olması naminə hər şey edəcəyəm. Messi ilə tez-tez danışırıq. Lakin indi bunu  müzakirə etməyi uyğun saymıram. İstəyirəm ki, o, qayıtsın və bizə kömək etsin. Leo futbol tarixinin ən yaxşı oyunçusudur".

Qeyd edək ki, 2021-ci ildə azad agent kimi PSJ-yə keçən argentinalı hücumçu Paris klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır. Onun PSJ ilə müqaviləni yeniləməyəcəyi və "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner