Gənc bəstəkar Rüzgar Əhmədzadə "Qarabağ" Futbol Klubu üçün himn bəstələyib.
Əhmədzadənin bəstəsi ilk dəfə bu gün "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə oyununda səslənəcək. Komanda görüşə bu himnin sədaları altında çıxacaq. Həmçinin R.Əhmədzadə Ağdam təmsilçisi üçün qol sevinci musiqisi üzərində də çalışıb.
Gənc sənətçi bu ideyası haqda Qol.az saytına açıqlama verib. O, bildirib ki, bir neçə aydır bu işin üzərində işləyir: "Mən Rüzgar Əhmədzadə, gənc bəstəkar-musiqişünasam. Həmçinin, peşəkar klassik musiqi həyatımla yanaşı idmanla maraqlanıram. “Qarabağ" üçün bəstə yazmaq arzusu ötən ilin sentyabr ayında yaranıb. Mövsümün başlanğıcında klubun avrokuboklardakı uğurlu çıxışı hər kəs kimi məni də heyran etmişdi. "Qarabağ"ı daha yaxından tanımaq məqsədilə klubun rəsmi saytında böyük maraqla axtarışa başladım. Daha sonra himn yazmaq fikrinə gəldim. Oktyabr ayında sistematik çalışmalara başladım və çoxsaylı redaktələr nəticəsində bəstə mart ayında hazır oldu".

Rüzgar Əhmədzadə
R.Əhmədzadə himni bəstələdiyi vaxt müəllimi Aydın Əzimovdan bəhrələndiyini də bildirib: "Vurğulamaq istərdim ki, bu, marş deyil, himndir. Çünki onların hər ikisi müxtəlif janrlardır. Himn yazmağa başlayan zaman isə ilk növbədə müxtəlif futbol klublarından nümunələri araşdırmağa və təhlil etməyə başladım. Musiqinin orkestrləşdirilmə mərhələsində isə Dövlət Himnimiz mənim üçün başlıca örnək idi. Qeyd edim ki, müəllimim Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada aid Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal marşını (“Azərbaycan marşı”) 1989-cu ildə yenidən bərpa, xor və böyük simfonik orkestr, həmçinin böyük nəfəsli orkestr üçün aranjiman edib.
Məhz bu himn 1992-ci ildə müstəqil Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul edilib. Təbii olaraq, “Qarabağ” üçün himnin yazılma prosesində müəllimimin də məsləhətləri böyük rol oynadı”.
R.Əhmədzadə qol sevinci musiqisində də himnin motivlərinin olduğunu deyib: "Onu da qeyd edim ki, himnlə yanaşı olaraq, qol epizodu üçün sevinc musiqisi üzərində də çalışmışıq. Azərkeşlər diqqətlə fikir versə, həmin kiçik musiqi parçasında himnin motivləri olduğunu eşidə bilərlər".
Rüzgar Əhmədzadə qeyd edib ki, bəstələrinin "Qarabağ" tərəfindən müsbət qarşılanması onu qürurlandırır: "Ümumiyyətlə, bu, mənə yalnız böyük fəxr və sevinc hissi bəxş edir. Son olaraq, bəstələdiyim himn təklifimə isti yanaşıb, ailətək böyük qayğı və diqqət göstərdikləri üçün başda "Qarabağ"ın direktoru Emrah Çelikəl, mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə və bütün klub heyətinə öz minnətdarlığımı bildirmək istəyirəm".
Nur Zeynalova
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur