Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) matçında qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq.
Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, ilk oyunda komandaların azarkeşləri arasında insident yaşandığından bu görüşdə də oxşar hadisənin yaşanacağı riski var.
İtaliyanın Daxili İşlər Nazirliyi bu səbəbdən UEFA-ya rəsmi müraciət ünvanlayıb. UEFA isə “Ayntraxt”ın “Napoli” ilə səfər matçında azarkeşsiz oynamasına qərar verib.
Qeyd edək ki, "Napoli"nin Frankfurtda 2:0 hesabı ilə qalib gəldiyi görüşdə baş verən davada "Ayntraxt"ın 3 azarkeşi yaralanıb, xeyli fanat həbs edilib. Komandalar arasında cavab matçı martın 15-də Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçiriləcək.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…