UEFA Çempionlar Liqasında 2021/2022 mövsümü finalında "Real"la qarşılaşan "Liverpul"un 19 618 azarkeşinə təzminat ödəyəcək.
Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. “Stad de Frans” stadionunda yaşanan iğtişaşlar səbəbindən matçın başlaması 36 dəqiqə gecikib. Daha əvvəl UEFA və Fransanın daxili işlər naziri Jerald Darmanin hadisədə “Liverpul” azarkeşlərini günahlandırıb. “Girişdə işləməyən saxta bilet alan minlərlə azarkeş turniketləri bağladı” - deyə bildirilib. “Liverpul” isə azarkeşləri müdafiə edərək, stadiona daxil olmaq və təhlükəsizlik pozuntularını qeyd edib.
UEFA müstəqil ekspert komissiyasının hesabat hazırlamasını istəyib. Onun əsasında məlum oldu ki, başlayan iğtişaşlara görə ilk növbədə UEFA məsuliyyət daşıyır. Bu gün qurum "Liverpul" azarkeşlərinə təzminat ödəyəcəyini açıqlayıb. Beləliklə, 2022-ci il mayın 28-də, turnirin həlledici matçında stadiona daxil ola bilməyən və ya ümumiyyətlə Stade de Fransa gedə bilməyənlər Mersisayd təmsilçisi azarkeşlərinə təzminat ödəniləcək. "Real" və arenaya girərkən problem yaşayan neytral azarkeşlərin də təzminat almaq hüququ var.
Xatırladaq ki, hesabatda finalda baş verən hadisələrə görə əsas məsuliyyət UEFA-nın üzərinə düşdüyü açıqlanmışdı. Bildirilmişdi ki, problemlərin səbəbinin bilet fırıldaqçıları olması ilə bağlı iddialara dair heç bir sübut yoxdur. “UEFA təhlükəsizlik məsələlərində nəzarət rolunu oynamalı idi. Aydındır ki, bu, baş verməyib” - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ÇL-in finalında "Real" "Liverpul"a qalib gəlib - 1:0.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…