"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 26-cı turunun “Liverpul”la oyununda (0:7) komandanın kapitanı Brunu Fernandeşin davranışından narazı qalıb.
Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, portuqaliyalı oyunçu son matçdakı davranışına görə ciddi tənqid olunub. Xüsusən də Brunonun meydandan kənara çıxarkən klubun azarkeşlərinə məhəl qoymaması çoxlarını əsəbiləşdirib. O, eyni zamanda matçın gedişində görüşün baş hakimini itələyib.
“Mançester Yunayted”də çoxları, o cümlədən futbolçular Fernandeşin davranışına əsəbiləşib. Qeyd olunur ki, 28 yaşlı yarımmüdafiəçin kapitan sarğısından məhrum edilə bilər.
Fernandeş bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 5 qol vurub və 6 qolun ötürməsini verib.
Qeyd edək ki,“Mançester Yunayted” hazırda 49 xalla Premyer Liqada turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…