Hazırda “Qarabağ”la birgə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında Latviya millisinin yarımmüdafiəçisi Andrey Rubins Qol.Az saytının suallarını cavablandırıb. O, müsahibədə Latviya millisindəki çalışdırıcısı Aleksandr Starkovun “Bakı” klubunun baş məşqçi vəzifəsinə təyin olunması haqda danışıb.
- Starkovun “Bakı”ya təyinatı xəbərini necə qarşıladın?
- Mən buna görə çox şad oldum. Sevinirəm ki, uzun müddətdir tanıdığım Starkov Azərbaycanda işləyəcək. Umid edirəm ki, onun hazırkı klubuna hansı formada köməyi dəyəcək.
- Ümümiyyətlə, bu təyinatı gözləyirdinmi?
- - Əlbəttə. Axı, “Bakı”nın onunla maraqlandığını bilirdim. Onun bu komandaya keçməsini ləngidən səbəb keçmiş baş məşqçi Vinfrid Şeferlə bağlı problemlər idi.
- Starkov haqda nə deyə bilərsən?
- Güclü məşqçi və yaxşı insandır.
- “Bakı” klubu çətin durumdadır. Yəqin həmyerlin üçün bu mövsümün çox ağır keçəcəyini bilirsən.
- - Doğrudur. Amma düşünürəm ki, “Bakı” rəhbərliyi Starkova inanmasaydı, onu komandaya dəvət etməzdi. Düzdür, komandanın çempionatdakı durumu ağırdır. Bütün oyunlarda qələbə qazanmalıdırlar.
- Starkovun Azərbaycan futboluna nə kimi faydası dəyə bilər?
- Azərbaycanı deyə bilmərəm, amma “Bakı”nı düşdüyü bu durumdan çıxaracağına inamım böyükdür. İndi “Bakı”lı futbolçuların yarısı hücümda, yarısı müdafiədə oynayır. Starkov isə komandada oturuşmuş sistem yarada bilər.
- “Bakı”nın oyunlarını izləmisən. Səncə, əvvəlki məşqçi Şeferlə Starkovu fərqləndirən cəhət hansılardır?
- Starkov nizam-intizamı sevən və bu məsələdə çox tələbkar olan bir mütəxəssisdir. “Bakı”da yaxşı komandadır. Amma uğursuz çıxış edirdilər.
- Belə məlumatlar yayılmışdı ki, Şefer komandada nizam-intizam yarada bilməmişdi.
- Mən də bu haqda eşitmişdim. Starkov isə, dediyim kimi, belə məsələlərdə çox sərtdir.
- Onunla neçə ildir tanışsan?
- Artıq 12 ildir ki, Starkovun rəhbərliyi altında oynayıram.
- Bir halda ki, onu yaxından tanıyırsan, o zaman “Bakı”nın futbolçularına nə məsləhət görürsən?
- Ona qulaq asmaq, tapşırıqlarını yerinə yetirmək lazımdır. Starkov nə deyirsə, futbolçular ona əməl etməlidirlər. Əks halda aqibətləri yaxşı olmayacaq (gülür).
- “Bakı”ya keçənə qədər Starkovun səninlə məsləhətləşməsi olub?
- Biz onsuz da həftədə bir dəfə telefonla danışırıq. Son söbhətlərimizdə o, məndən “Bakı” komandası, Azərbaycan futbolu haqda informasiya aldı.
- Birdən Starkov səni yeni komandasında görmək istəsə, “Qarabağ”dan gedərsən?
- Yox, burada məni hər şey qane edir. Mən bu komandaya uyğunlaşmışam və buradakı durumumdan məmnunam.
- Sonuncu sual. Starkovun “Bakı”yla danışıqlarında sənin hansısa vasitəçiliyin olub?
- Yox.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi