Misli Premyer Liqasının 21-ci turunda "Şamaxı" ilə keçirilən oyunda (1:0) qələbə qolunun müəllifi olan "Turan Tovuz”un futbolçusu Tərlan Quliyev Qol.az saytına açıqlama verib.
O, səfərdə "Şamaxı"ya qalib gəlməyin asan olmadığını qeyd edib: “Matçın gərgin keçəcəyini bilirdik. Turnir cədvəlində 6-cı və 7-ci yerdə gedən komandalar oynayırdı. “Şamaxı” ev oyunlarında necə güclü bir komanda olduğunu artıq sübut edib. Ona görə də hər 2 komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Buna qabaqcadan hazırlaşmışdıq. Qələbə qazanmağımız sevindirici oldu”.
Tərlan Quliyev vurduğu qol sayəsində 9 turdan sonra qazanılan qələbədə bütün komandanın əməyi olduğunu bildirib: “Bizdə elə bir kollektiv formalaşıb ki, burada kimin qol vurmasının önəmi yoxdur. Əsas olan komandanın qələbə qazanmasıdır. Təbii ki, qol vurmağım məni çox sevindirir. Nəhayət ki, 9 turdan sonra qələbə qazandıq”.
Müdafiəçi növbəti turda keçiriləcək “Kəpəz”lə matç haqqında da danışıb: “Qarşıdakı oyun evdə “Kəpəz”ə qarşıdır. Onların axırıncı turlarda necə oynadıqlarını bilirik. Oyuna qərb derbisi kimi yanaşmayacağıq. Soyuq başla düşünməliyik. Derbi olaraq bu matça yanaşsaq, bizim üçün çox çətin olar”.
Azad Nuriyev
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı