"Qarabağ" bu qış transfer pəncərəsində heyətinə yeni qapıçı cəlb edə bilməyib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi bir neçə qolkiperlə danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb. Saytımıza daxil olan xəbərə görə, bu gün ərzində də transferin həyata keçiriləcəyi ehtimalı yoxdur. Bu səbəbdən əsas qapıçı Şahruddin Məhhəmədəliyevin yoxluğunda qapını ya Luka Quqeşvili, ya da Amin Ramazanov qoruyacaq. Bundan başqa, əvəzecidi heyətdən bir qapıçı əsas komandaya cəlb olunacaq. Çünki mövcud qaydalara əsasən, Konfrans Liqasında "Gent"lə (Belçika) oyunlara görə UEFA-ya iki deyil, üç qapıçı sifariş olunmalıdır.
Qeyd edək ki, Avropada qış transfer pəncərəsinin son günüdür.
Əlavə edək ki, "Qarabağ" da daxil olmaqla avrokuboklarda mübarizəni davam etdirən bütün içtirakçılar bu gün saat 23:59-dək sifariş ərizəsini UEFA-ya göndərməlidir. Amma qapıçılarla bağlı istisna hal da var. Əgər klub "Gent"lə ilk matça iki gün qalmışa qədər azad agent statuslu qapıçı alarsa, bu halda, onu oyuna sifariş edə bilər.
Qeyd edək ki, daha əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov yeni qapıçı transfer etməyə çalışdıqlarını, fevralın 2-dək danışıqlar aparacaqlarını bildirmişdi.
Ağdam təmsilçisi bu qış transfer pəncərəsində heyətinə üç futbolçu qatıb. "Qarabağ" hücumçu Redon Cica, yarımmüdafiəçilər Adama Diakabi və Yassin Benzianı sıralarına cəlb edib.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”