«Qarabağ» klubunun yeni futbolçusu İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi
- «Qarabağ»dan dəvət alacağını gözləyirdin?
- Bu komandaya gəlişim qəflətən oldu. Dəvət gəldi, mən də heç nə soruşmadan qəbul etdim. Mən Azərbaycanın iddialı klublarından birində oynamaq istəyirdim. Daha dəqiqi, özümü göstərə biləcəyim, mənim hörmət olunduğum bir komandada... Bu mənada, «Qarabağ» ən yaxşı variant idi. Artıq bir neçə gündür səylə çalışıram. Düzdür, müəyyən əskiklər var.
- Nə kimi?
- Bildiyiniz kimi, çıxış etdiyim klubdan ayrıldım. Dekabrın 1-dən məşq etmirdim. Yalnız fərdi qaydada çalışırdım ki, onun da effekti çox olmur. Uzun müddət komanda çalışmalarından ayrı qalmağım səbəbindən fiziki cəhətdən bir qədər hazır deyiləm.
- Ölkə çempionatının oyunlarına qədər bunları aradan qaldıra biləcəksən?
- Hələ xeyli vaxt var. Bunun üçün mən xüsusi proqram üzrə hazırlaşıram.
- «Qarabağ»dakı güclü rəqabətə hazırsan?
- Rəqabət hər komandada var. Əks halda uğur da olmaz. Elə komandalar var ki, orada futbolçular bir-birilərinə qarşı futbol qaydalarına zidd hərəkət edir, rəqabətdə olduğu oyunçunun ayığını bilirəkdən sındırır. «Qarabağ»da isə belə deyil. Buradakı futbolçuların heç birində kinlilik, paxıllıq yoxdur.
Mənim buranı seçməyimin başlıca səbəblərindən biri də bu komandadakı mehribançılıq oldu. Burada dostluq, birlik var. Ona görə də komanda uğurlu çıxış edir.
Bəli, komandada güclü rəqabət var. Mən də öz üzərimdə ciddi işləməliyəm ki, bu rəqabətə hazır olum.
- «Qarabağ»da hədəfin nədir?
- İlk növbədə formaya düşmək. Sonra isə bu mövsümü qəzasız-bəlasız, yaxşı sonluqla bitirmək istəyirəm.
Futbolçunun hədəfi nə olar bilər ki? Millinin şərəfini qorumaq və güclü bir klubda çıxış etmək. 21 yaşına kimi həm xarici klublarda, həm də A milli komandada oynamışam. Azərbaycanın ən güclü klublarında top qovmuşam.
«Qarabağ» isə mənim üçün böyük bir şansdır, bu komanda mənim futbolçu həyatımda tramplin rolunu oynayacaq.
- Sənin ulduzun erkən yaşda parladın, amma eyni zamanda sonra sönməyə doğru getdi.
- Mən ümumiyyətlə, ulduz ifadəsinin əleyhinəyəm. Ulduzlar axşam yanar, səhər sönər. Ulduz olmağı yox, yaxşı formada olmağı düşünmək lazımdır.
- Dayın oğlu Vaqif Cavadov da «Qarabağ»da oynayırdı, amma «Tvente»dən qayıtdıqdan sonra «Bakı»ya keçməsi inciklik yaratdı.
- Vaqif «Qarabağ»da, Qurban Qurbanovun rəhbərliyi altında parlaq oyunlar sərgilədi. Fikrimcə, o, sözünü hələ gələcəkdə deyəcək. Çox böyük potensialı var.
Mən vaxt var idi ki, doğru komanda seçmirdim, cavan idim. Çoxlu pul qazanırdım, amma oynadığım komandada zövq ala bilmirdim. Amma elə komanda da olub ki, orada zövq almışam. İndi isə daha pul qazanmaq yox, futboldan həzz almaq istəyirəm.
Vaqifin «Bakı»ya keçməsinə gəlincə, bu onun öz qərarıdır. O, uşaq deyil, müstəqil qərar vermək bacarığı olan yaşdadır.
Onu demək istəyirəm ki, hər bir futbolçu düzgün komanda seçimi etməyi bacarmalıdır. Pul az qazana bilərsən, amma əsas yaxşı oyun sərgiləməkdir.
- Amma belə görünür ki, Vaqif düzgün seçim edə bilmədi. Hər halda «Bakı»da ehtiyatda qalıb.
- İndi elə vəziyyətdir ki, Vaqif mütləq çox oynamalıdır.
- Onun «Bakı»da nə kimi problemi var?
- Problemi yoxdu. Sadəcə, onun ehtiyatda saxlanılması baş məşqçinin verdiyi qərardır. Buna da hörmət etmək lazımdır. Vaqif isə özünü toplamalı və sözünü meydanda deməlidir.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı