«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandasının hazırkı durumu ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Hazırlıq prosesinin gedişatı sizi qane edirmi?
- Demək olar ki, hə. Həm hava şəraiti, həm meydançaların durumu istədiyimiz kimidir. Ən əsası futbolçularımızın hamısının bir yerdə olmasıdır. Hamısı məşq edir. Yalnız Rəşad Kərimov zədəlidir. O, bizimlə birgə olsa da, hələlik komandanın ümumi məşqlərində iştirak etmir. Yeni transferimiz İlqar Qurbanov, həmçinin Admir Teli hələlik tam hazır olmadıqlarından onlar üçün ayrıca proqram tutulub. Ümumilikdə isə, məşq prosesi normaldır və düşündüyümüz qaydada gedir.
- İki gün öncə futbolçularınızdan test götürdünüz. Hansı futbolçuların durumu sizi qane etdi, hansıların yox?
- Demək olar ki, hamısında göstəricilər istədiyimiz kimi oldu. Çünki futbolçular istirahətə buraxılanda onlara əlavə proqram verilmişdi. Onlar da bunun üzərində çalışırdılar. Hələlik yalnız İlqar Qurbanovla Admir Teli məşq formasından uzaqdır. Ona görə də indi bu futbolçular ayrıca proqram üzrə çalışırlar. Bundan sonra onların hazırlıqları komandanın digər futbolçularıyla eyni səviyyədə olacaq.
- İlqar Qurbanovun «Qarabağ»a transferi maraq doğurdu. Hər həlda, formasından uzaq düşdüyü üçün bu futbolçunun komandanıza keçidini çoxları gözləmirdi.
- İlqarın əvvəlki klubu - «
Biz onun əvvəlki formasını qaytarmağa çalışacağıq. İlqar özü də üzərində çox işləməlidir. Məşqçilərimiz onu daim nəzarətdə saxalayaqcaqlar.
- «İnter»də ehtiyatda qalan Elvin Məmmədov «Qarabağ»a gələndən sonra komandanızın aparıcı futbolçularından biri oldu, «Bakı»da uğursuz mövsüm keçirən Georgi Adamiya məhz sizin rəhbərliyiniz altında oynayanda ona ikinci nəfəs gəldi. Bu mənada, İlqardan da eyni şeyi gözləmək olarmı?
- Biz onu məhz bu fikirlə komandamıza götürmüşük. Mən İlqarın potensialına bələdəm. Onda futbolçuya xas olan çox üstün cəhət var. Biz də bundan yararlanmalıyıq. Biz ona inandığımız üçün razılığa gəlmişik.
- Bəs, uzunmüddətli zədədən sonra məşqlərə başlayan Əfran İsmayılovun durumu nə yerdədir?
- Əlbəttə, zədəsi səbəbindən Əfran əvvəlki formasından uzaq düşüb. O, beş gündür ki, komandamızda məşqlərə başlayıb. Ona oyun təcrübəsi lazımdır. İlk növbədə fiziki formasını bərpa etməlidir ki, dizində yenidən problem meydana çıxmasın. Çox yüklənmə olanda onda ağrılar baş qaldırır ki, bu da normaldır. Çünki zədəsini bərpa etdikdən sonra yenicə məşqlərə başlayıb. Bu gün ona sərbəst məşq verdik. Axşamkı məşqdə də ayrıca çalışacaq. Sabahdan isə yenidən komandayla birgə məşq edəcək. Əfran elə futbolçudur ki, fiziki forması yerində olsa, problemlə üzləşməyəcək.
- «Qəbələ»ylə çempionatdakı qarşıdakı oyunda o, start heyətində meydana çıxa bilərmi?
- Bu, hələlik sual altındadır. Özüm də onun birdən-birə çox yüklənməsini istəmirəm. Biz üç-beş oyunu Əfransız keçirə bilərik. Çünki Əfranı yenidən itirmək istəmirik.
- Belə başa düşdüm ki, Əfranı final mərhələsinin oyunlarına kimi qorumaq fikrindəsiniz.
- Biz bunu onun özünə görə edəcəyik. İstəyirik ki, təzədən zədə almasın. Ona görə də tələsmək lazım deyil.
- Komandanıza Hollandiyadan bir futbolçu baxışa gəlsə də, geri göndərdiniz. Qarşıdakı günlərdə daha kimləri sınaqdan çıxarmaq fikrindəsiniz?
- Artıq Belçika çempionatında oynamış makedoniyalı Nzerin Nedzip bizimlə birgə məşq edir. Onun oyunu bizi qane edir.
Bu futbolçuyla müqavilə imzalamaq ehtimalı böyükdür.
Bundan başqa, heyətimizə bir neçə futbolçu baxışa gələcək. Onları qarşıdakı yoldaşlıq matçlarında yoxlamaq istəyirik. Çox oyunçu transfer etmək istəmirik. Qış fasiləsində iki, maksimum üç oyunçu alacağıq.
- Hansı mövqeləri möhkəmləndirmək fikrindəsiniz?
- İstəyirik ki, komandamızda rəqabət çox olsun. Fikrimiz var ki, bir hücumçu baxışdan keçirək. Bundan başqa, bəlkə müdafiəçiləri və bir qapıçını sınaqdan çıxardıq. Mən bu məsələlərdə çox tələbkaram. İstəyirəm ki, futbolçunun həm insani keyfiyyətləri yüksək olsun, həm də peşəkarlıq səviyyəsi komandamıza uyğun gəlsin. Belə futbolçular olsa, transfer edəcəyik.
- Elvin Məmmədovun «Qarabağ»da qalıb-qalmayacağı da maraq doğurur…
- Onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar oldu. Amma razılığa gələ bilmədik.
- Yəni Elvin «Qarabağ»dan gedir?
- Onun hələ bizimlə müqaviləsi var. Məncə, yenidən danışıqlar aparacağıq. Biz heç bir futbolçunun karyerasının qarşısını almaq istəmirik. Futbolçunun çıxış etdiyi komanda onun ürəyincə olmalıdır. Əgər belə olmayacaqsa, biz onun qarşısını almayacağıq. Bu mənada, ola bilər ki, Elvin Məmmədovla yollarımızı ayıraq.
- Elvinlə bağlı yekun qərar nə vaxt veriləcək?
- Düşünürəm ki, bugünlərdə hər şey tam aydınlaşacaq.
- Bu ayın sonları «Qarabağ»ın bir neçə futbolçusunun da iştirak edəcəyi millinin təlim-məşq toplanışı başlayır. Bu, sizin planlarınızı pozmayacaq ki?
- Biz çox istəyirik ki, komandanın bütün üzvləri hazırlıq prosesinin sonuna kimi bir yerdə olsun. Çempionatın həlledici oyunlarına birgə hazırlaşmaq çox xoşdur. İndi futbolçularımızın millinin düşərgəsinə qoşulması bizə müəyyən problemlər yaradacaq. Fiziki olmasa da, taktiki və texniki cəhətdən tam hazırlaşa bilməyəcəyik. Baxmayaraq ki, bizim oyunçular peşəkardılar, futbolçular bir yerdə çox olmayanda problemlər yaranır.
Amma digər tərəfdən milli komandada futbolçularımızın çxışı etməsi sevindirici haldır və hər bir klub öz oyunçusunu ölkənin əsas komandasına buraxmalıdır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi