"Turan Tovuz"un yeni transferi Denis Marandiçi Qol.az saytına müsahibə verib. 26 yaşlı moldovalı müdafiəçi bölgə təmsilçisinə keçidi və başqa mövzularla əlaqədar sualları cavablandırıb
- Denis, əvvəlcə "Turan Tovuz"a keçidin barədə danışaq. Necə oldu ki, bir Azərbaycan klubunu - "Turan Tovuz"u seçdin?
- Mənim ölkə və Azərbaycan çempionatı haqqında çoxlu məlumatım var idi. Çünki artıq Azərbaycanın bir neçə komandasında oynamış və həm liqa, həm də ölkə haqqında xoş sözlər eşidən dostlarım var. “Turan Tovuz”a gəlmək barədə qərar vermək asan oldu. Ona görə ki, məşqçilər korpusu mənim bir futbolçu kimi burada oynamağımda maraqlıdır. Bu, qərarımda mühüm amil oldu. Buraya komandama, klubuma kömək etmək üçün yüksək motivasiya ilə gəlmişəm.
- Klubda səni necə qarşıladılar? Ab-hava necədir?
- Klubdan və komandadan hər kəs məni çox yaxşı qəbul etdi. Düşünürəm ki, bu, keçirdiyim ən asan uyğunlaşma idi. Komandadakı atmosferə gəlincə, həqiqətən də yaxşıdır.
- Bayaq qeyd etdin ki, Azərbaycanda oynamış dostların var. Onlar kimlərdir?
- Stanislav Nemaşko ("Şamaxı" və AZAL-ın sabiq futbolçusu - red.) və Yevgeni Koçuk ("Səbail", "Sabah" və "Keşlə"-ni sabiq futbolçusu - red.).
- Səncə, artıq komandaya tam uyğunlaşmısan?
- Məncə, bəli. Heç bir çətinlik hiss etmədim və gələndən sonra kluba və komandanın oyun tərzinə bacardığım qədər uyğunlaşmağa çalışdım. Bu uyğunlaşmanı mümkün qədər tez etmək üçün "Turan Tovuz"un bu mövsüm keçirdiyi oyunlardan əsas məqamları izlədim.
- Baş məşqçiniz Ayxan Abbasovla münasibətin necədir? Kluba gələndən sonra onunla danışmısan? Səndən nə soruşdu?
- Baş məşqçi ilə münasibətim yaxşıdır. Komandada futbolçu ilə məşqçi arasında normal münasibət necə olursa, bizdə də elədir. Bir neçə dəfə danışdıq. Hər şey normaldır. Komandada yeniyəm və bütün məşqçilər heyəti mənə çox kömək etdi ki, kluba uyğunlaşmağım və oyun tərzinə alışmağım mümkün qədər yaxşı və sürətli olsun.
- Ümumiyyətlə, qış təlim-məşq toplanışı necə keçdi?
- Düşünürəm ki, Türkiyədəki təlim-məşq toplanışımız çox yaxşı keçdi. Mənim nöqteyi-nəzərimdən komanda daim inkişaf edirdi və bu, yaxşı əlamətdir. İndi mövsümün ikinci yarısında bu səviyyəni saxlamağa çalışmalıyıq.
- Hazırda “Turan Tovuz”un gücünü necə dəyərləndirirsən? Bir futbolçu kimi komandada hansı problemləri görürsən?
- Hazırda bizi yaxşı komanda və bu liqada istənilən komanda ilə mübarizə apara biləcək güclü rəqib kimi görürəm. Daha əvvəl dediyim kimi, liqada yaxşı səviyyədə çıxış etmək və mövsüm üçün qarşıya qoyulan məqsədlərə çatmaq üçün əlimizdən gələni etməliyik.
- Bilirsən ki, “Turan Tovuz” bu mövsüm Premyer Liqaya yüksəlib. Hazırda turnir cədvəlində 6-cı yerdəsiniz. Rəhbərliyin belə bir iddiası olmasa da, sən necə düşünürsən, klub avrokuboklarda oynaya bilərmi?
- Düşünürəm ki, komandamızın təbii ki, buna nail olmaq potensialı var. Lakin biz bu barədə düşünmürük. Qələbə qazanmağa çalışaraq oyundan-oyuna irəliləyəcəyik və sonda nəticəyə baxacağıq.
- Ümumiyyətlə, Azərbaycan çempionatından hansı komandaları tanıyırsan? Onların oyunlarına baxmısan?
- Mən Azərbaycan çempionatındakı bütün komandaları tanıyıram. Həmişə nəticələri, həmçinin dəfələrlə oyunların əsas məqamlarını izləmişəm. Lakin Avropada qrup mərhələsində oynayan komandaları daha çox izləmişəm. Xüsusilə bu il Avropa yarışlarında "Qarabağ"ın bir neçə oyununa baxdım.
- Yeri gəlmişkən, sabah “Qarabağ”a qarşı oynayacaqsınız. Həyəcanlısan?
- Bəli, düşünürəm ki, hamımız liqada ötən mövsümün çempionlarına və bu mövsümün liderlərinə qarşı oynamaq üçün motivasiyamız yüksəkdir.
- Bayaq dedin ki, “Qarabağ”ın Avrokubok oyunlarına baxmısan. Ümumilikdə bu komanda haqqında nə bilirsən?
- Bilirəm ki, "Qarabağ" çətin rəqibdir. Onlara qarşı oyun çox çətin oyun olacaq. Amma dediyim kimi, bu oyundan müsbət nəticə əldə etməyə çalışacağıq. Onların turnir cədvəlinin zirvəsində olmasının bir səbəbi var. Amma bizim də güclü tərəflərimiz var və bu həftə yaxşı oyun keçirməyə, müsbət nəticə əldə etməyə hazırlaşırıq.
- Yeri gəlmişkən, Tovuzda tək yaşayacaqsan?
- Bəli.
- Komadaya Türkiyədə qoşuldun. Amma artıq bir neçə gündür ki, Azərbaycandasan. Bizim yeməklərimizin dadına baxmısanmı?
- Xeyr, hələlik Azərbaycan yeməklərindən heç birini dadmaq şansım yox olmayıb. Amma inşallah, tezliklə dadmaq şansım olacaq. Azərbaycan yeməkləri haqqında yalnız xoş sözlər eşitmişəm (gülür).
- Denis, bir məsələyə toxunaq. Bir çox legioner ölkə futbolunun, çempionatının səviyyəsinə görə Azərbaycana gəlmək istəmir. Bu düşüncəyə necə yanaşırsan?
- Düzdür, liqanın səviyyəsi ilə bağlı danışa bilmərəm. Çünki hələ Azərbaycan çempionatında oynamamışam. Amma burada oynayan həmkarlarımdan eşitdim ki, səviyyə kifayət qədər yüksək və yaxşıdır. Ola bilsin ki, bir çox oyunçu liqa və ölkə ilə tanış deyil. Bu, klublar üçün problemdir. Mənim transfer vaxtı burada səviyyənin aşağı olduğunu heç düşünmürdüm.
- Bilirsən ki, "Turan Tovuz" azarkeşləri ilə də daim gündəmdədir. Artıq fanatlardan dəstək mesajları alırsan?
- Bəli, təbii ki, azarkeşlərin dəstəyini hiss edirəm. Bəzən mesaj yazırlar. Hətta Bakıya - hava limanına gələndə də bunu hiss etdim. Mən də onlarla görüşməkdən məmnunam.
Nur Zeynalova
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı