"Qarabağ" bu qış ikinci transferini gərçəkləşdirməyə yaxındır.
Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi Albaniya millisi və "Tirana"nın vingeri Redon Cica ilə müqavilə imzalayacaq. 24 yaşlı oyunçu bununla əlaqədar artıq Bakıya gəlib. O, bu gün tibbi müayinədən keçəcək. Daha sonra isə tərəflər müqavilə imzalayacaq. Müqavilənin uzun müddəti - ən azı 3,5 ili əhatə edəcəyi bildirilir.
Redon Cica bu mövsüm "Tiran"nın heyətində keçirdiyi bütün turnirlərdə 22 oyun keçirib və 14 qol vurub. O, iki dəfə Avropa kuboklarında (Çempionlar Liqası və Konfrans Liqasınının təsnifat mərhələlərində) fərqlənib. Cica ötən ilin oktyabrında Səudiyyə Ərəbistanı ilə matçda millidə debüt edib. Ümumən, o, 2 oyunda əsas millinin formasını geyinib. "Şkendiya" klubunun yetirməsi olan Redon Cica "Tirana"dan əvvəl "Laçi"də (Albaniya) çıxış edib.
Cica Admir Teli və Ansi Aqollidən sonra "Qarabağ"da oynayacaq Albaniya millisinin üçüncü oyunçusu olacaq.
Xatırladaq ki, "Qarabağ" bu qış vinger Adama Diakabini də heyətinə cəlb edib.
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur