Milli komandamızın kapitanı Rəşad Sadıqov çıxış etdiyi Türkiyənin "Eskişehirspor" klubunun heyətində bu gün Almaniyanın "Şalke" komandasına qarşı keçirdiyi oyundan sonra Qol.Az-a açıqlama verib.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan bu matçda Rəşad bütün 90 dəqiqəni meydanda olub.
«Hazırda komandamız Antalyada təlim-məşq toplanışındadır. İki ay zədəli olduğumdan oyun praktikam az idi. Bu mənada, bu cür hazırlıq prosesi mənim özüm üçün də yaxşıdır. Hələlik demək olmaz ki, oyunumuzu tam göstəririk «Şalke»yə qarşı öz oyunum isə pis alınmadı, çıxışımı orta səviyyədə qiymətləndirirəm» - deyə o, Qol.Az-a bildirib.
«Eskişehirspor»un keçirdiyi son üç yoxlama oyununun ikisində əsas heyətdə meydançaya çıxmasına baxmayaraq, Rəşad hələ ilk onbirlikdə yerinin təmin olunmadığını deyib: «Komandada böyük rəqabət var. Mən də daxil hər bir futbolçu bu rəqabətdə qalib gəlmək istəyir».
Sadıqov «Eskişehispor»un baş məşqçisi Bülənt Uyğunun komandanın müdafiə xəttinə yeni futbolçu gətirmək istəməsilə bağlı məlumatlara da toxunub. «Bülənt Uyğun hər mövqedə iki oyunçu görmək istəyir. O, komandaya daha bir mərkəz müdafiəçisi gətirmək fikrindədir. Futbolda bu cür hallar qaçılmazdır» - deyə Sadıqov bildirib.
Millimizin kapitanı hazırkı formasından narazı qalmadığını söyləyib: «Hamı istirahət edəndə mən hazırlığımı davam etdirdim. İki ay zədəli oldum. Ona görə də daha inamlı oynamaq, maksimum formaya düşmək üçün mənə hələ bir qədər də vaxt lazımdır».
Rəşad Sadıqov hesab edir ki, Türkiyə superliqasının qarşıdakı oyunlarında əsas heyətə düşməkdə çətinlik çəkəcək: «Adətən, Bülənt Uyğun qalib gələn heyəti dəyişmir. Xüsusilə də müdafiəçiləri. Mən özüm ilk onbirlikdə oynadığım və qələbə qazandımığız matçlardan sonra da belə olub. Komanda son oyunlarda uğurlu nəticə göstərib, az top buraxıb. Buna görə də yəqin ki, baş məşqçi qarşıdakı rəsmi matçlarda üstünlüyü başqa müdafiəçilərə verəcək, mən isə öz vaxtımı gözləyəcəyəm».
Rəşad Sadıqov bildirir ki, son yoxlama matçlarında əsas heyətdə meydana çıxması hələ onun ilk onbirlikdə mövqeyini möhkəmlətmək anlamına gəlməməlidir: «Bülənt Uyğun mənimlə yanaşı digər futbolçulara da ilk onbirlikdə oynamaq şansı verir. O, yoxlama oyunlarında hamını sınaqdan çıxarır. Ona görə də indidən demək olmaz ki, əsas heyətə düşməyimlə bağlı problem aradan qalxıb».
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi