"Qarabağ" klubuyla birgə hazırda Antalyada təlim-məşq toplanışında olan komandanın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.Az saytının suallarını cavablandırıb
- Uzun fasilədən sonra "Qarabağ"ın təlim-məşq toplanışında toplu çalışmalara başladın. İndi zədənlə bağlı vəziyyət nə yerdədir?
- Zədəm tam düzəlib. Özümdə güc hiss edirəm. Komandayla birgə məşq edir və öz aramızdakı oyunlarda iştirak edirəm. İnşallah, Bakıya qayıtdıqdan sonra bütün matçlarda meydana çıxmaq istəyirəm.
- Belə demək olarmı ki, fevral ayında başa çatacaq qış fasiləsindən sonra komandaya kömək edəcəksən?
- Ola bilər ki, ilk iki oyunda bütün 90 dəqiqəni oynamayım. Təzədən zədə almamağım üçün bir az ehtiyatlı olmaq lazımdır. Yalnız tam güc toplayandan sonra komandama kömək etmək istəyirəm. Bunun üçün Antalyadakı təlim-məşq toplanışı mənə əla imkan yaradır. Çalaşacağam ki, bu hazırlıq prosesindən maksimum yararlanım. Ola bilər ki, bu toplantının sonunda tam güc toplayam və komandama artıq çempionatın növbəti oyununda - baş məşqçimiz Qurban Qurbanovun şans verəcəyim təqdirdə - əsas heyətdə meydana çıxaraq kömək edim.
- Ümumiyyətlə, bu məşq prosesində özündə çatışmazlıqlar hiss etdinmi?
- Əlbəttə, uzun müddətdir ki, zədəli olduğumdan məndə geriləyişin olması təbiidir. Bu gün baş məşqçimiz bizdən test götürdü, axıra qədər qaçdım, nəticə pis olmadı. Sevindirici haldır ki, oyun çəkimi artırmamışam. Bu, əsas amillərdəndi.
- Bəs, komandanızın hazırlıq prosesi necə gedir?
- Hər şey superdir. Qidalanmağımız, məşq etdiyimiz meydança əla səviyyədədir. Qalır bundan sonra yaxşı oynamaq.
- Yola saldığımız 2010-cu ili özün üçün necə dəyərləndirirsən? Nəzərə alaq ki, ötən il həm yüksək səviyyəli oyunlar keçirdin, həm də ciddi zədə alaraq yaşıl meydanlardan xeyli uzaq düşdün.
- Bəli, yaxşı nailiyyətlər əldə etdim, ayın və mövsümün ən yaxşı oyunçusu seçildim, milli komandaya dəvət aldım. Amma heyf ki, həm də zədə aldım. Buna baxmayaraq, indi artıq hər şey yoluna düşür. Çox istəyirəm ki, bu il avroliqaya vəsiqə qazanıb ötənilki kimi oyun sərgiləyim. Bunun üçün var gücümlə çalışıram. Bu, mənim başlıca məqsədimdir. Təbii ki, əvvəlki formama qayıtmağım üçün hər şey özümdən asılıdır.
- Premyer Liqada "Qarabağ"dan gözləntilərin nədir? Demək olarmı ki, komandanız artıq ilk altılıqda yerini təmin edib?
- Hələ bu haqda danışmaq tezdir. Özünüz də gördünüz, bir ara qala zolağa düşdük, amma sonra uğurlu nəticələr əldə etdik. Bizim üçün əsas olan «Qəbələ» ilə oyundur. Bu matçda qələbə qazansaq, o zaman təxmini də olsa, altılığa düşmək haqda söhbət etmək olar.
- Amma indi çoxları belə düşünür ki, "Qarabağ" yox, "Qəbələ" və ya "Bakı" ilk altılıqdan kənarda qalacaq.
- Mənim fikrimcə, bu iki komandayla yanaşı bizim də adımız ilk altılıqdan çıxacaq namizədlər sırasındadır. Ona görə də bu üç komandanı daha gərgin mübarizə gözləyir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi