"Bakı" futbol klubunun xorvatiyalı qapıçısı Marko Şarliyanın müsahibəsi
Marko, Futbola gəlişini necə xatırlayırsan?
Zaqreb şəhərində mexanik ailəsində doğulmuşam. Özümdən başqa bir qardaşım da var. O basketbolla məşğul olurdu.11 yaşıma qədər məhəllədə oynayırdım. Sonra “Dinamo”ya baxışa getdim.
Əvvəlcə sahə oyunçusu kimi oynayırdım. Bir neçə həftədən sonra məşqçi kimin qapıda durmaq istədiyini soruşanda dərhal “mən” deyə cavab verdim. O gündən bu günə qapıçıyam. Bu ərəfədə Yuqoslaviya dağılmışdı. Xorvatiya və Serbiya arasında müharibə gedirdi. Biz paytaxtda yaşadığımız üçün vəziyyət o qədər də təhlükəli deyildi. Amma yaxın dostlarımdan bir neçəsi valideynlərini həmin müharibədə itirdi.
İlk müqaviləm də Zaqreb “Dinamo”su ilə oldu. 16 yaşımda bağladığım müqaviləyə əsasən klub mənə aylıq müavinət (stipendiya) verirdi. Bu zaman təhsillə futbol arasında seçim etməyə məhkum idim. Mən ali təhsil almaqdansa futbolçu olmağı üstün tutdum. Artıq 18 yaşımda peşəkar müqavilə ilə “Dinamo”ya keçdim.
İlk uğurların yadındadır?
1998-ci ildə Fransada beynəlxalq futbol turniri keçirilirdi. Oraya bütün Avropa dövlətlərindən klublar gəlmişdi. İndi “Bakı”da birgə oynadığım Adnan Bərəkət “Ayaks”ı təmsil edirdi. Həmin turnirin ən yaxşı qapıçısı seçildim. “Dinamo” isə üçüncü pillənin sahibi oldu.
Xorvatiyanın U-18, U-19 və U-21 milli komandalarının üzvü olmusan. O günlər yaddaşında necə qalıb?
Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Bundan əlavə ölkələri gəzir, çoxlu dostlar qazanırsan, bundan yaxşı nə var ki. 3 seçmə mərhələdə millilərin şərəfini qorumuşam.
Hansı məşhur xorvatiyalı futbolçularla birlikdə oynamısan? Karyeram ərzində Darius Srna, Eduardo da Silva, Luko Modriç, Nika Krançar, Mladan Petriç kimi ulduzlarla birgə top qovmuşam.
“Bakı” klubuna keçidin necə alındı?
Komanda yoldaşım Ernad Skuliçlə birgə əvvəllər Zapreşik “İnter”ində oynamışıq. Azərbaycandan mənə təklif gələndə ona müraciət etdim. Ernad buranı mənə o qədər təriflədi ki, fikirləşmək üçün istədiyim vaxtın bitməyini gözləmədim. Dərhal razılıq verib, Azərbayana gəldim.
Karyeran ərzində hansı mövsümü ən uğurlu hesab edirsən?
2008-ci ildə “Dinamo”dan “İnter”ə (Zapreşik) icarəyə verildim. Həmin mövsüm meydanda olduğum 10 oyundan 6-sında “Sportskie novosti” jurnalının seçiminə əsasən komandanın ən yaxşısı seçildim.
“Bakı”da səndən başqa 30-a yaxın qapıçı var. Onlar barədə nə deyə bilərsən?
Boş vaxtlarım olanda uşaqların məşqlərinə baxlıram. Onların yaxşı məşqçiləri var. Təəssüf ki, bura gələndən Azərbaycanlı məşqçi ilə işləməmişəm. Uşaqlar arasında, həqiqətən də, Azərbaycan futbolunun gələcəyinə ümid verən futbolçuıar yetişir.
Onlara əsas tövsiyəm odur ki, təlim-tərbiyəli olsunlar. Təhsil də çox vacibdir. Ən azından mütləq orta təhsili alsınlar.
Futbolçu daim məşqçiyə qulaq asmalıdır. Hər məşqdə öz üzərində çalışmalı, yenilikçi olmalıdır. Mən klounluq edən qapıçıları sevmirəm. Qolkiper gərək sakit təbiətli olsun. Qapıçı topa ani reaksiya verməlidir.
Azərbaycan futbolu ilə Xorvatiya futbolu arasında hansı oxşar cəhət və fərqliliklər var?
Xorvatiya da Azərbaycan kimi idman ölkəsi hesab edilir. Hər ikisinin müxtəlif növlərdə dünya miqyaslı idmançıları var. Xorvatiya futboluna gəldikdə isə, bizdə çempionatın səviyyəsi daha yüksəkdir. Amma inkişaf tempinə görə sizin futbol irəlidədir. Bura gəldiyim ilk vaxtlar klubun şəraiti bərbad idi. Yararsız meydançalarda məşq keçir, oynayırdıq. İndi isə hər şey fərqlidir.
2 ildə “Bakı” möhtəşəm irəliləyişlər edib. Tam əminliklə deyirəm ki, “Bakı”nın bazası Zaqreb “Dinamo”sunun bazasından da gözəldir.
Tezliklə azarkeşlərimizin də stadiona axınını gözləyirəm. İnanıram ki, onlar “Bakı”nın oyunundan zövq alacaqlar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi