Hazırda Bakıda olan Aleksandr Starkov Azərbaycan paytaxtına səfəri öncəsi Latviya mətbuatına müsahibə verib. Qol.Az "Bakı"nın sükanı arxasına keçəcəyi gözlənilən Latviya milli komandasının və "Skonto"nun baş məşqçisi ilə müsahibəni təqdim edir:
- Belə başa düşdüm ki, isti diyara gedişiniz dəqiqləşib və Siz Latviyanı tərk edirsiniz...
- Bəli. Demək olar ki, mənim "Bakı"ya keçidim qəti həllini tapıb. "Bakı"nın sabiq baş məşqçisi, məşhur almaniyalı mütəxəssis Vinfrid Şefer istefaya göndərilib. Yeri gəlmişkən, mən qərarımı birdən-birə verməmişəm. Hələ ötən il "Bakı" rəhbərliyi ilə ilkin danışıqlar aparmışam. İndi isə məsələyə tam aydınlıq gəlib.
- Bizim qurbağa bataqlığında dombalaq aşmaq sizi bezdirdi?
- Dərhal bildirim ki, mən heç yerdə belə deməmişəm və heç vaxt da deməyəcəyəm. Mən Latviya çempionatına hörmətlə yanaşıram. Hazırda "Skonto"da komplektləşdirildiyi kimi, gənclərlə işləmək həmişə mənim üçün maraqlı olub. Üstəlik, onlar inkişaf edirlər. Əks halda, heç bir çempionluq haqda söhbət gedə bilməzdi.
- Bakıya tək gedirsiniz?
- Xeyr. Moskva "Spartak"ında birgə işlədiyim İqor Klesov yeni klubumda da mənə kömək etməyə razılıq verdi.
- Latviyalı futbolçuları da özünüzlə aparacaqsınız?
- Belə variant istisna deyil. Axı sirr deyil ki, Azərbaycanda ilk növbədə maliyyə şərtləri bizdəkindən çox yaxşıdır. Gənclər isə perspektiv görməlidir. Əks halda, öz yerində sayacaqlar.
- Artıq yeni komanda haqda təsəvvürünüz var? Onu iş başında görmüsünüz?
- Canlı görməsəm də, bir neçə oyununun videoyazısına baxmışam. Futbolçularla qarşıdakı günlərdə tanış olacağam. Yeri gəlmişkən, komandada müqavilə ilə 16 legioner var. Hazırda Azərbaycan çempionatında fasilədir. Mən komandanı ilk oyuna fevralın 12-də çıxarmalıyam. Həmin oyun dərhal həlledici olacaq. Çünki "Bakı"nı ilk "6-lığ"a düşmək üçün ciddi və ağır mübarizə gözləyir. Sonra da final mərhələsində mükafatlar, eləcə də son illər Azərbaycan klublarının pis nəticələr əldə etmədiyi Avropa kuboklarına vəsiqə uğrunda oyunlar gözləyir.
- Latviya yığmasının baş məşqçi postunda qalacaqsınız?
- Bəli, qalıram. Bakıya gəlişimdə bu, mənim əsas şərtlərimdən biri idi. Razıyam, çətin olacaq. Amma mənim Latviya yığmasında kifayət qədər güclü məşqçilər heyətim var. Birgə səylərlə işimizin öhdəsindən gələcəyimizə inanıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi