"Demək olar ki, bu gün rəqibdən tamamilə üstün idik. "Şamaxı"nın təhlükəli epizodu yox idi. Təəssüf edirəm ki, bu gün qələbə qazana bilmədik. 10 nəfərlə qalmağımıza baxmayaraq matç bizim nəzarətimiz altında idi. Qələbə qazanmamışıqsa, günahı özümüzdə axtarmalıyıq. 25-ci dəqiqədə lazımsız hərəkətə görə qırmızı vərəqə gördük. Hazırda ikili hisslərim var. Komandaya ikinci hissədəki oyuna görə təşəkkür edirəm. Amma bu cür görüşlərdə 3 xal qazanmalıyıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 16-cı turunda evdə "Şamaxı" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
"Müdafiə olunan komandalara qarşı oynamaq çox çətindir. Belə matçlarda əlinə düşən fürsətləri dəyərləndirmirsənsə, günahkar özünsən" - deyə o bildirib.
Mütəxəssis sözügedən matçda həm qol vuran, həm də rəqibinin sifətinə zərbə vurduğu üçün qırmızı vərəqə görən Kristian Sebalyosla bağlı söyləyib: "Qəhrəmanlıq barədə heç nə deyə bilmərəm. Əgər oyun epizodunda qırmızı vərəqə alsaydı, nəsə demək olardı. Nizam-intizamı pozub belə qırmızı vərəqə görürsənsə, qəhrəmanlıqdan söhbət gedə bilməz. Çünki, ona görə bu gün 2 xal itirdik.
M.Musayev dünən "Neftçi"nin "Qarabağ"a 0:4 hesablı məğlubiyyətinin futbolçularında arxayınlıq yaradıb-yaratması ilə əlaqədar deyib: " Qələbə seriyalarından sonra peşəkarlıq ortaya çıxır. Əgər iddiamız varsa, avrokuboklara getmək uğrunda oynayırıqsa, peşəkarlığı heç vaxt unutmamalıyıq. Bu gün motivasiyanın çatmadığını deməzdim. Amma səhvlər etdik.
O, "Şamaxı" ilə görüşdə zədələnən futbolçusu Aleksey İsayevin durumu haqda da danışıb: "Heç nə deyə bilmərəm. Tibbi müayinədən sonra durumu aydın olacaq".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi