Misli Premyer Liqasının 15-ci turunda "Səbail"lə matç “Neftçi”nin kapitanı Emin Mahmudov üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, o, sözügedən görüşdə (3:1) karyerasında ilk het-trikə imza atıb. Mahmudov bu görüşədək rəsmi matçlarda 3 və ya daha çox qol vurmayıb.
O, “Neftçi”nin heyətində Premyer Liqada son 10 mövsümdə bunu bacaran ilk futbolçudur. Bakı klubunda bir matçda ən azı üç qol vuran sonuncu oyunçu Nikolas Kanales olub. Çilili forvard 2012/13 mövsümündə “Sumqayıt”la qarşılaşmada (8:1) pokerə imza atıb. 2012-ci il noyabrın 17-də baş tutan görüşdən 10 il 10 gün sonra Emin het-trik müəllifi olub.
“Neftçi”nin son het-triki isə 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il dekabrın 11-də Bahodir Nasimov AZAL-ı üç dəfə məyus edib – 7:1.
Emin həm də karyerasının rekorduna imza atıb. Cari çempionatda 9 qol vuran futbolçu ən məhsuldar mövsümünü keçirir. O, 2018/19 mövsümündəki 8 qolluq şəxsi rekordunu yeniləyib.
Mahmudov həm də Premyer Liqada mövsümün ilk het-trikinə imza atıb. “Qarabağ”ın gənc hücumçusu Musa Qurbanlı bir oyunda daha çox – 4 qol vuraraq poker etsə də, Eminədək bir görüşdə 3 top vuran olmamışdı.
Qeyd edək ki, “Səbail”lə görüşdə het-trik edən yarımmüdafiəçi “Neftçi”dəki qol sayını 40-a, Premyer Liqada isə 30-a çatdırıb. O, digər qollarından 8-ni avrokuboklar, 2-ni ölkə kubokunda vurub. (PFL)
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar