Niderland millisinin baş məşqçisi Lui Van Qaalın dünən keçirdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.
Qol.az xəbər verir ki, hadisə DÇ-2022-nin Ekvadora qarşı keçiriləcək oyun ilə bağlı təşkil olunan tədbirdə baş verib. Mətbuat konfransında iştirak edən seneqallı jurnalist Papa Mahmoud Gueye holland mütəxəssisə onu çox istədiyini deyib.
"Sizə sualım yoxdur. 3 yaşımdan bəri sizin azarkeşinizəm. Sadəcə bunları demək istədim. Çünki indi bunları demək üçün yaxşı bir fürsət əldə etdim. Sizi sevirəm" - deyə jurnalist bildirib.
Van Qaal isə jurnalistin bu yanaşmasından məmnunluğunu ifadə edib. O deyib: "Bunu dediyinə sevindim. Ciddi sözümdür. Ona görə ki, insanlar belə şeyləri mənə çox demirlər. Bu səbəbdən də daha sonra mən səni bağrıma basacağam".
Van Qaal dediyini edib. O, mətbuat konfransı bitəndən dərhal sonra seneqallı jurnalistə yaxınlaşıb və onu qucaqlayıb.
Birinci video
İkinci video
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı