Portuqaliya millisinin üzvü Bruno Fernandeş DÇ-2022-nin ilk turunda Qana ilə oyundan (3:2) sonra komanda yoldaşlı Kriştiano Ronaldo haqda danışıb.
Qol.az xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi ESPN-ə açıqlamasında son zamanlar tənqid olunan 37 yaşlı hücumçunun bu durumda daha yaxşı oynadığını bildirib:
“Düşünürəm ki, Kriştiano tənqid olunmağı sevir. Ona görə də hamınızdan belə işləməyə davam etməyinizi xahiş edirəm. Siz bunu edəndə Ronaldo ən yaxşı oyununu göstərir".
Fernandeş qeyd edib ki, Ronaldo ilə millidə və klubda birlikdə oynamaq onun xəyalı olub: ”Bu, heyrətamiz bir şeydir. Biz hələ də onunla millidə komanda yoldaşıyıq. Mənim üçün əsas odur ki, Portuqaliya turnirdə əlindən gələni etsin. Çünki bunu etsək, o zaman Kriştiano da xoşbəxt olacaq, mən də. Ümumiyyətlə, Portuqaliyada hamı xoşbəxt olacaq”.
Xatırladaq ki, ötən gün Qana ilə görüşdə penaltidən qol vuran Ronaldo matçın ən yaxşı oyunçusu seçilib.
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində
Konate "Liverpul"dan gedir
Messinin 6-cı dünya çempionatı
Kassano özünü “Qızıl top” sahiblərindən üstün sayır
Argentina millisinin DÇ-2026 üçün yekun heyəti
Milli yenidən bir arada - Şəkillər
Polşa klubu azərbaycanlı futbolçunu göndərdi
"Bu oyunda Qurbanovun iştirakı yersiz idi" - Ramiz Məmmədov
"Yuventus"un yeni hücumçu hədəfi bilindi
"Şamaxı" onu da göndərdi
Çempionlar liqası matçına hansı qapıçı daha hazırlıqdır?
"Qəbələ"nin qələbəsindən - Video
"Güclü məşqçi ilə qarşılaşdıq" - Kaxaber Sxadadze