"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Erik ten Haq haqqında danışıb.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu mütəxəssisə hörmət etmədiyini deyib:
“Mən Ten Haqa hörmət etmirəm. Çünki o da mənə hörmət etmir. Əgər sən mənə hörmət etməsən, mən də sənə heç vaxt hörmət etməyəcəyəm. Klub tərəfindən mənə xəyanət edildi. "Mançester Yunayted” məni klubdan qovmağa çalışırdı. Sadəcə baş məşqçi yox, klubda olan digərləri də. Hər şeyin günahkarı məni görürlər. Məni "qara qoyun"a çeviriblər və indi qovmağa çalışırlar".
Ronaldo "Mançester Yunayted"in keçmiş futbolçusu Ueyn Runinin onu tez-tez tənqid etməsindən də danışıb: "Məni niyə tez-tez tənqid etdiyini bilmirəm. Güman edirəm ki, bu, mən hələ də ən yüksək səviyyədə oynadığım halda onun futboldan təqaüdə çıxmağına görədir”.
Xatırladaq ki, Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem"lə matçda meydana çıxmaqdan imtina edib. Klub 37 yaşlı futbolçu iki həftəlik əmək haqqı məbləğində cərimələyib. Bu, 887 min avro deməkdir. Həmçinin oktyabrın 20-də Ronaldo heyətdən kənarlaşdırılıb. Lakin bir neçə gün sonra o, yenidən komanda ilə məşqlərə qatılıb. Bu hadisələrdən sonra tərəflər arasındakı münasibətin yaxşı olmadığı bildirilir.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…