Azərbaycanın ən təcrübəli futbolçularından biri, “professor” ləqəbli Mahmud Qurbanov yeni il ərəfəsində «Bakı»nın rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Bizi yeni ildən bir neçə saat ayırır. Oxuculara ürək sözü var?
- Qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hamını təbrik edirəm. Arzu edirəm ki, yeni il xalqımız üçün əlamətdar hadisələrlə yadda qalsın, torpaqlarımız işğaldan azad edilsin, hər ailədə sevinc və gülüş sədaları səslənsin.
Ölkəmizin idman şərəfini qoruyan idmançılara uğurlar arzulayıram. İnanıram ki, növbəti ildə yarışlarda bu ilkindən daha çox medal qazanaraq, vətənimizin idman reytinqini qaldıracaqlar. Milli komanda və klubların da qitəmiqyaslı yarışlarda yaxşı nəticələr qazanaraq xalqımızı sevindirməsini gözləyirəm.
- İstirahət necə gedir?
- Bu il az oynadığımdan çox da yorulmamışam. Son vaxtlar demək olar ki, istirahətdəyəm. Məşqlər zamanı var gücümlə çalışıram. Oynamaq şansım az olduğu üçün bir qədər məyusam, amma ümidlərim var. Qış fasiləsindən yararlanmalıyıq. Yeni ilin komandamız üçün düşərli olacağına inanıram. Hazırda evimdə istirahət edirəm, yeni ili qarşılamağa hazırlaşırıq.
- Yeni ili harada qarşılamaq fikirindəsən?
- Dekabrın 31-i Bakıda olacağam və bayramı da evdə ailəmlə birgə keçirəcəm.Hələ məşqlərə başlamasam da, yeni ildən sonra fərdi hazırlığa, futbol oynamağa başlayacam.
- “Bakı”nın altılıq şanslarını barədə nə düşünürsən?
- “Bakı”nın altılıq şansları yüksəkdir. "Bakı"sız altılığın marağı qalmaz. İnşallah, bu il də döyüşərək avrokuboklara vəsiqə qazanacağıq.
- Millimizin Dubay toplanışından hansı nəticələri gözləyirsən?
- Milli futbolçular nə qədər bir yerdə olsalar, o qədər yaxşıdır. Bu cür toplanışları yığma oyunçuları və milli komandanın yaxşı nəticələr əldə etməsi üçün müsbət dəyərləndirirəm.
- Futbolsevərlərə nə demək istərdin?
- Ötən il “Bakı” üçün o qədər də uğurlu keçmədi. Söz verirəm ki, növbəti il azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Bakı” mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq üçün oynayır.
Əlimizdən gələni edəcəyik ki, həm rəhbərliyə həm də azarkeşlərə bir daha uğursuzluq yaşatmayaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi