Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan mühüm təyinat alıb.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edəcək.
Ağayev 6-cı turda “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Noyabrın 2-də Danimarkada keçiriləcək sözügedən matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Əlavə edək ki, futbol tariximizdə ilk dəfədir ki, Azərbaycanı təmsil edən hakim ÇL-in qrup mərhələsinin oyununa təyinat alır.
Xatırladaq ki, hazırda "Borussiya" qrupda 8 xalla 2-ci, "Kopenhagen" isə 2 xalla sonuncu - 4-cü yeri tutur.
“Milan”da qalır
Adarabioyo “Tottenhem”də
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi 1/8 finalda dayandı
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
“Kəpəz”dən yeni transfer
2-ci Liqada yeni mövsümə start verildi
“Trabzonspor” baş məşqçisini göndərdi
Azərbaycan millisinin məşqçisi vəfat edib