Argentina millisinin, "Mançester Siti" və "Barselona"nın sabiq hücumçusu Serxio Aquero dostu Lionel Messinin 2021-ci ilin yayında Kataloniya klubundan ayrılması ilə bağlı keçirdiyi emosiyalardan danışıb.
Qol.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, o, millidəki sabiq komanda yoldaşı haqda deyib: “Bütün bunlar baş verəndə mən düşündüm ki, kimsə "Barselona"nın sosial şəbəkəsini sındırıb. Bunun zarafat olduğunu düşündüm. Mən İbay (Ageuro Twitch kanalının aparıcısı - red) ilə idim, birdən o, telefona baxdı və qışqırdı: “Yox! Bu doğrudur?" "Barselona"nın açıqlamasının yer aldığı telefonu mənə göstərdi.
Dedim ki, bu, mümkün deyil. "Barselona" sonra onun qaldığını və bunun zarafat olduğunu söyləyəcəyini fikirləşirdim. Gözləmək qərarına gəldim, amma saatlar keçdi və gördüm ki, bəyanat hələ də oradadır".
Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan azad agent kimi ayrılıb və PSJ-yə keçib.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video