"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"lə matçda (2:0) Kriştiano Ronaldonu oynatmamasının səbəbi haqda danışıb.
Qol.az "Manchester Evening"ə istinadən xəbər verir ki, o, start heyətdə Markus Reşfordu seçməsi ilə bağlı deyib.
“İlk növbədə, düşünürəm ki, “Tottenhem”ə qarşı yaxşı pressinq lazımdır. Bizə yaxşı əks-təzyiq vacib idi. Çünki nəticədə şanslar yarada bilərsiniz, ona görə də bizə çox yaxşı pressinq edən oyunçular lazım idi. Hücumda dinamika əsasdır və Markus bunu edə bilir. "Nyukasl" matçının son 20 dəqiqəsində meydana girdiyi andan oyunu necə dəyişdiyini, daha dinamik hala gətirdiyini, daha çox sərbəst zonalar olduğunu və oyunçuların faydalandığını gördünüz".
Qeyd edək ki, "Mançester Yunayted" hazırda 19 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir.
Xatırladaq ki, Ronaldo ehtiyatda qaldığı "Tottenhem"lə görüşün 90-cı dəqiqəsində matç bitməmiş paltardəyişmə otağına gedib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi