Almaniya Bundesliqasında 10-cu tur başa çatıb.
Qol.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçirilib.
“Union” də Dortmund “Borussiya”sını 2 cavabsız qolla üstələyib.
Son çempion “Bavariya” isə bu tur "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibi “Frayburq”la qarşılaşıb. "Frayburq" bu oyunda 5 cavabsız qola üzülüb.
Qeyd edək ki, turnir cədvəlində “Union” 23 xalla liderlik edir. “Bavariya” 19 xalla 2-ci, “Frayburq” 18 xalla 3-cü, "Köln" 16 xalla 7-ci, "Borussiya" (Dortmund) eyni xalla 8-ci, "Auqsburq" isə 13 xalla 12-cidir.
Almaniya Bundesliqası, 10-cu tur
16 oktyabr
"Köln" – "Auqsburq" - 3:2
Qollar: Tigges, 47; 81. Huseynbaşiç, 61 – Nyederlexner, 14. Kaliqiuri, 68.
"Union" – "Borussiya" (Dortmund) - 2:0
Qollar: Haberer, 8; 21.
"Bavariya" – "Frayburq" - 5:0
Qol: Qnabri, 13. Şupo-Motinq, 33. Sane, 52. Mane, 56. Sabitser, 80.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"